Leyla Əliyeva yaradıcılığı Ukrayna radiosunda

Ukrayna Milli Televiziya və Radio Şirkətinin “Kultura” kanalı gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın, bu yaxınlarda Ukraynada nəşr olunmuş “Svit tane, yak son” (“Dünya yuxutək əriyir”) kitabına həsr olunmuş veriliş yayınlayıb.

Verilişdə şairin lirik fəlsəfi çalarlarla zəngin, özünəməxsus poeziyasından söz açılıb, Ukraynada nəşr olunmuş “Svit tane, yak son” kitabı haqqında ətraflı məlumat verilib. Nəşrin, yaxın aylarda geniş təqdimatının keçiriləcəyi, bu ilin ədəbiyyat forumlarında və kitab sərgilərində geniş ictimaiyyətə təqdim ediləcəyi qeyd olunub.

Zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcümə müəllifi – tanınmış Ukrayna şairi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.

  ​        Kitabın dizayn tərtibatında Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

Keçid linki:
http://www.nrcu.gov.ua/schedule/play-archive.html?periodItemID=2904264