“Mənəm, mən…” tamaşası növbəti dəfə onlayn göstəriləcək

Azərbaycan Dövlət “Yuğ” Teatrı görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən…” adlı tamaşanı növbəti dəfə iyunun 25-də sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.

Saat 19:00-da göstəriləcək səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.