Məşhur əsərlərin yarandığı evlər

 Epiloq.az məşhur yazıçıların yaşadıqları evləri təqdim edir.

Uilyam Şekspir (1564-1616)

Uilyam Şekspirin 1564-cü ildə İngiltərənin Stratford qəsəbəsində doğulduğu bu ev 1847-ci ildən muzey kimi fəaliyyət göstərir.

Harvard House

Mark Tven (1835- 1910)

Amerikalı yazıçının qotik üslubda olan evi 1874-cü ildə tikilib. “Haklberri Finin macəraları” və “Tom Soyyerin macəraları” əsərləri burada yazılıb. Maddi sıxıntılar səbəbindən yazıçı 1891-ci ildə evini tərk etməli olsa da, bu gün ədəbiyyatsevərlər buranı muzey kimi ziyarət edə bilərlər.  Muzeyə giriş 20 dollardır, amma yazıçının ev muzeyini onlayn şəkildə də gəzmək olar. (https://marktwainhouse.org/house/floor_plans.php)

Cek London (1876-1916)

ABŞ-ın Kaliforniya ştatındaşəhərin səs-küyündən uzaqda yerləşən bu ev yazıçının təbiətə olan sevgisindən xəbər verir. Cek London burada təsərrüfatla da məşğul olub.

Virciniya Vulf (1882-1941)

Məşhur ingilis yazıçısı Virciniya Vulfun həyat yoldaşı ilə birlikdə 1919-1941-ci illərdə  yaşadığı ev XV əsrdə inşa olunub. İngiltərənin Sakses bölgəsində yerləşən və “Keşiş evi” adlanan tikili hal-hazırda muzey kimi fəaliyyət göstərir.

Aqata Kristi (1890-1976)

Məşhur detektiv yazar “ideal” adlandırdığı bu evi 1938-ci ildə almış, 1976-cı ilə qədər burada yaşamışdır. Hal-hazırda muzey kimi fəaliyyət göstərən ev  İngiltərənin Qrinvey qəsəbəsində yerləşir.

Vladimir Nabokov (1899-1977)

Vladimir Nabokov Rusiyada nüfuzlu kübar ailənin övladı olub. Yazıçı 16 yaşına qədər “Bolşaya Morskaya 47” küçəsindəki  evdə yaşayıb. Sonra əmisinin Рождествено rayonunda yerləşən XVIII əsrdən qalma malikanəsi onun adına keçirilib. Ailəsi  Oktyabr inqilabından sonra Rusiyadan mühacirət etdiyinə görə Nabokov burada çox qısa müddət yaşayıb. Hal-hazırda hər iki ev muzey kimi fəaliyyət göstərir.

Nabokov House - Wikiwand
Nabokov-Museum-St.Petersburg-Russia | The Culture Map

Con Steynbek (1902-1968)

ABŞ-ın Kaliforniya ştatında yerləşən 1897-ci ildə tikilmiş bu evə yazıçı öz ailəsi ilə 1910-cu ildə köçüb. Ev 1976-cı ildən restoran kimi fəaliyyət göstərir.  Evin yerləşdiyi Salinas vadisinin torpağı Kaliforniyanın ən bərəkətli ərazilərindəndir. Bu tarlalarda çalışan işçilərin ağır həyatı yazıçının həmin evdə yazdığı məşhur “Siçanlar və adamlar” və “Qəzəb salxımları” romanlarında öz əksini tapıb.

John Steinbeck House (Salinas, California) - Wikipedia
The Steinbeck House
New GoFundMe Page Supports John Steinbeck's House | Steinbeck House

Qabriel Qarsia Markes (1927-2014)

Məşhur Kolumbiya yazıçısının babası dueldə adam öldürdüyünə görə çəkdiyi vicdan əzabından qurtulmaq üçün 1910-cü ildə Arakataka bölgəsində yerləşən buevə köçmüşdü. Evin böyük bir hissəsi fırtınada dağılsa da, Markesin xatirələri əsasında səkkiz otaq yenidən bərpa olunaraq 2010-cu ildə muzey kimi ziyarətçilərin istifadəsinə verilib.