Məşhur yazar vəfat etdi

Dünyaca məşhur ingilis yazıçı Con le Karre vəfat edib. Epiloq.az xəbər verir ki, o, şənbə günü 89 yaşında həyatını itirib.

Karrenin yaxınları onun koronavirusdan yox, sətəlcəmdən öldüyünü bildiriblər.

Qeyd edək ki, Con le Karre “Rus evi”, “Son casus”, “İnsan ovu”, “Gecə müdürü”, “Xain”, “Göyərçin tuneli” kimi məşhur kitabların müəllifidir.