Epiloq.az tanınmış yazıçı və şairlərlə bağlı bilmədiyiniz 17 faktı təqdim edir.

- Məşhur ingilis yazıçısı Virciniya Vulf əsərlərinin çoxunu ayaq üstə yazıb.

- Kasıb ailədə böyüyən Kamyu ayaqqabıları köhnəlməsin deyə uşaqlarla futbol oynayarkən həmişə qapıda dayanırmış.

- Con Steynbekin iti ona dünya şöhrəti gətirən “Siçanlar və adamlar” romanının orijinal variantını yemişdi.

- Çingiz Aytmatovun kağıza allergiyası var idi.

- Balzak hər gün təxminən 50 fincan qəhvə içirmiş. Onun üçün qəhvə hazırlayan köməkçisi olmayanda isə qəhvə dənələrini çeynəyirmiş.

- Cek London beş yaşında içki içməyə başlamışdı. O qədər içirdi ki, başına çoxlu qəzalar gəlirdi. Bir dəfə Okland limanında dənizə düşmüş və San-Fransisko körfəzində tapılmışdı.

- Stiven Kinq 13 rəqəmindən qorxur.

- Murakami yazıçı olmamışdan əvvəl restoran işlətmişdi.

- Şekspir yazıçılıqla yanaşı həm də taxıl ticarəti və sələmçiliklə məşğul olurdu.

- Ceyms Coys ağ geyimdə üzü üstə uzanaraq mavi qələmlə yazı yazmağı sevirdi. Bunlardan biri olmayanda isə yaza bilmirdi.

- Çarlz Dikkensin qəribə yuxu vərdişi var idi. Yatdığı vaxt mütləq üzü şimal qütbünə baxmalı idi.

- Frans Kafka ət yeməyi cinayət hesab edirdi.

- Oskar Uayld uşaq vaxtı anasının istəyi ilə qız paltarları geyinirmiş.

- Ernest Heminqueyin anası uşaq vaxtı onun saçlarını uzadıb, qız paltarları geyindirib, qonşularına qız uşağı kimi tanıtdırırmış.

- Viktor Hüqo yaşlanma əleyhinə hər səhər buzlu vanna qəbul edir və çiy yumurta içirdi.

- Şiller yazdığı zaman stoluna çürümüş alma qoyurdu. Bu almadan ilham aldığını deyirdi. Alma olmadığı vaxtlarda isə vannada uzanıb ilham pərisinin gəlməsini gözləyirdi.

- Con Tolkin özünün hobbit olduğuna inanırdı. O, həm də çox ehtiyatsız sürücü idi. Demək olar ki, hər gün avtomobili ilə gedərkən yandan gələn maşınlara fikir vermədiyinə görə toqquşur, qəza törədirdi.