Məşhurlar haqqında bilmədiklərimiz

Kurasava “7 samuray” filminin kassadakı uğursuzluğundan sonra intihar fikrinə düşmüş sonra da fikrindən daşınmışdır.
 
Cim Kerri kirayə pulunu verə bilmədiyinə görə bir müddət avtobusda yaşamışdır.

Həyat yoldaşı evin mətbəxində intihar etmək istəyən Heminqueyi görür və onu xəstəxanaya aparır. Xəstəxanadan çıxdıqdan 2 gün sonra isə Heminquey intihar edir.



Silviya Plat uşaqlarına səhər yeməyi hazırlamış sonra da onların otağının qapısını skoçlayaraq qazla intihar etmişdir.

Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Edqar Allan Ponun cənazəsində 4 nəfər iştirak etmişdi.

Qoqol “Ölü canlar”ın ikinci hissəsini yandırdıqdan sonra vəfat etdi.

Kafka heç bir romanını tamamlamamışdır.

Ziqmund Freyd bir gün insan ruhunun dərinliklərinə toxunacağını güman edərək Mark Tvenin seminarına gedir. Mark Tven isə seminarda ancaq uşaq vaxtı oğurladığı qarpızdan danışır.

Borxes ədəbiyyatla məşğul olmamışdan öncə qatıq firmaları üçün reklam yazırdı.

Mopassan Eyfel qülləsinə nifrət edir və tez-tez qülləni görməmək üçün Eyfel qülləsində nahar edirdi. Deyirdi ki, buradan qüllə görünmür.

Görkəmli Amerika dramaturqu, Nobel Mükafatı laureatı Yucin Onil Nyu-Yorkda bir otel otağında doğulub Bostonda bir otel otağında vəfat etmişdi.



Qustav Flober yaxın şərq səyahətindən evə xatirə kimi bir mumya ayağı gətirmiş və yazı masasına yerləşdirmişdir. O dövrdə səyahətdən gələnlər üçün bu adət çox geniş yayılmışdı.

Fitçerald bir hekayəsini qəzetə 55 min dollara (bu günkü kursla) satdıqdan sonra Heminqueyə məktub yazaraq özünü qoca fahişə kimi hiss etdiyini bildirmişdir.

Görkəmli çilili şair Pablo Neruda həmişə yaşıl qələmlə yazırdı.

SSRİ-dən qovulan Aleksander Soljenitsın 20 ildən artıq İngiltərədə yaşasa da heç zaman ingilis dilində rəvan danışmağı öyrənə bilmədi. Maraqlısı budur ki, o, gəncliyindən ingiliscə kitablar oxuyurdu.


Nobel mükafatı qazanan ilk rus yazıçısı İvan Bunin İkinci Dünya Müharibəsi zamanı Cənubi Fransada onlarla yəhudini nasistlərdən gizlədərək onların həyatını xilas etmişdir.

Tolstoy “Tom dayının daxması” əsərini çox sevir və onu “insan və tanrı sevgisindən doğulan ən uca sənət nümunəsi” sayırdı. Maraqlıdır ki, orta səviyyəli bir roman haqqında mübaliğəli danışan Tolstoy Şekspiri qəbul etmirdi.

Bernard Şou ingilis əlifbasını təkminləşdirmək üçün xeyli əziyyət çəkmişdi.

Steynbekin “Adamlar və siçanlar”əsərinin əlyazmasının ilk variantını iti yemişdir.



Artur Rembo 19 yaşında şeir yazmağın daşını ataraq Afrikada qul alverinə başlamışdı.

Çarlz Dikkenz hipnozu bacarırdı.

Mark Tven insomniya xəstəliyindən əziyyət çəkirdi. O, çarpayısında yatmağa həsrət qalmışdı. Bəzən parkda, bəzən də hamamda yatıb qalırdı.


Ceyn Ostin heç vaxt evlənməmişdi. Ancaq bütün əsərlərindəki qadın obrazları sonda  ailə quraraq xoşbəxt olurlar.