Məşhurlardan xoşbəxtliyə aid aforizmlər

        Epiloq.az Yazıçıların xoşbəxtliyə aid fikirlərini təqdim edir


Lev Tolstoy: “Xoşbəxtlik uydurmadır, bədbəxtlik isə hekayədir”.

Ernest Heminquey: “Ağıllı insanın xoşbəxtliyi bildiyim ən nadir şeylərdəndir”.

Mark Tven: “Zehni sağlamlıqla xoşbəxtlik mümkünsüz bir kombinasiyadır”.

Şarlotta Bronte: “Xoşbəxtliyi bölüşməyəndə onun dadı-duzu qalmır”.

Fyodor Dostoyevski: “İnsan təkcə dərdlərini xatırlayar, xoşbəxt anları yadına da düşməz”.



Silviya Plat: “Həmişə hərəkətdə və xoşbəxt günlərimlə öz içimə dönüb kədərli və passiv günlərim arasında bir seçim etməli olsam, ikisi arasında ağlımı itirə bilərəm”.

Ceyn Ostin: “Layiq olduğumdan daha çox xoşbəxtliklə qarşılaşanda, məmnun olmağı öyrənməliyəm”.

Çarlz Dikkens: “Xoşbəxtlik bir hədiyyədir, və xoşbəxtliyin sirri onu gözləmək deyil, o gələndə məmnun olmaqdır”. (Nikolas Niklebi)



Marqaret Etvud: “Xoşbəxtlik şüşə divarlarla hörülmüş bir bağdır. Onun nə girişi, nə də çıxışı var”.

Virciniya Vulf: “Xoşbəxtliyi melanxoliyadan ayıran xətt bıçaqdan iti deyil”.

Maya Enjolu: “İçinizdə  bircə təbəssüm belə qalsa, onu sevdiyiniz insanlarla bölüşün”.

Aleksandr Düma: “Qürurlu deyiləm, amma xoşbəxtəm. Xoşbəxtlik insanı kor edər; mənə görə qürurdan da üstündür”.

Corc Oruell: “İnsanlar azadlıq və xoşbəxtlik arasında seçim etməli idi. Və əksəriyyəti xoşbəxtliyi seçdi”. (1984)




Dəniz Pənahova