Macarıstanın səfiri Tərcümə Mərkəzində olub

Macarıstanın səfiri Tərcümə Mərkəzində olub

Mayın 18-də Macarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab  Viktor Szederkenyi Dövlət Tərcümə Mərkəzində olub.

Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş macar ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Macarıstan ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.