Maykl Duqlas və Kristof Vals yeni filmdə Reyqan və Qorbaçovun obrazını canlandıracaqlar

Amerikalı aktyor Maykl Duqlas və avstriyalı aktyor, rejissor və ssenarist Kristof Vals “Paramount Pictures” kinostudiyasının hazırladığı televiziya serialında ABŞ prezidenti Ronald Reyqan və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun obrazını canlandıracaqlar.

Epiloq.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, serial “Reyqan Reykyavikdə: Soyuq müharibəyə son qoyan 48 saat” (Reagan at Reykjavik: Forty-Eight Hours That Ended the Cold War) kitabı əsasında çəkiləcək.

Bildirilib ki, kitabın müəllifi ABŞ-ın Silahlara Nəzarət və Silahsızlaşdırma Agentliyinin keçmiş direktoru Kennet Edelmandır. Bu agentlik 1961-1999-cu illərdə fəaliyyət göstərib və Edelman ona Reyqanın prezidentliyi dövründə (1983-1987) illərdə rəhbərlik edib.

Serialın quruluşu, “Kart evi” və “Tvin Piks” layihələrinə görə tamaşaçılar arasında şöhrət qazanan rejissor Ceyms Fouliyə həvalə olunub. Filmin icraçı prodüserləri Ceyms Fouli və Yutçi fon Lintel olacaq.