“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək

Dövlət “Yuğ” Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa növbəti dəfə iyunun 6-da sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə saat 19:00-da göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.