Epiloq.az müharibə haqqında aforizmləri təqdim edir.

İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!
Şeyx Şamil
Yadelli qəsbkarlara qarşı hər cür üsyan hər bir xalqın birinci borcudur və bu, qanunidir.
Stendal
Müharibədən qaçmaq mümkün deyil, onu yalnız düşməndən üstün olana qədər təxirə salmaq olar.
Nikkolo Makiavelli
Müharibədə qanunlar susar.
Siseron

Müharibədə ən əhəmiyyətli şey sürətdir.
Lao Tszı
Müharibəni bilməyən, sülhü də bilməz.
Yapon atalar sözü
Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir.
Viktor Hüqo
Müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır.
Fateh Sultan Mehmet

Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Lakin bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır…
Tekkerey Uilyam
Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir.
J. Lakorder
Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir.
Napoloen Bonapart
Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir.
Otto fon Bismark
Mən sülh üçün müharibə etmək istəyirəm.
Albert Eynşteyn
Bütün müharibələr, ilk olaraq insan zehnində qazanılır.
Janna Dark
Hər millət taleyi üçün öz qılıncına güvənməlidir.
Otto fon Bismark