Müharibə haqqında çəkilmiş ən yaxşı 14 film

Epiloq.az müharibə haqqında çəkilmiş ən yaxşı 14 filmi təqdim edir.



1. Qərb cəbhəsində təbəddülat (All quiet on the western front 1930)


Film Erix Maria Remarkın eyni adlı əsəri əsasında çəkilmişdir. Birinci Dünya müharibəsi dövründə oğlanlar məktəbində dərs deyən professor Kantorek müharibəyə qatılmağın şərəfli bir vəzifə olduğunu deyərək tələbələrini həvəsləndirir. Tələbələr müəllimin sözlərindən təsirlənərək alman ordusuna qatılırlar. Ancaq onlar sonda yanılırlar və geri qayıtmağa şansları da qalmır.




2. Sıravi Rayanı xilas etmək (Saving private Ryan 1998)


Amerikalı bir ana, İkinci Dünya müharibəsi zamanı üç oğlunun ölüm xəbərini alır. Dördüncü oğlunun müharibədən sağ dönməsini xahiş edən ananın səsi prezident tərəfindən eşidilir. Prezident ananın dördüncü oğlu James Ryan-ın nəyin bahasına olursa olsun, xilas edilməsi üçün təlimat verir.

3. Şindlerin siyahısı (Schindler’s List 1993)


Film Sudet almanı olan Oskar Şindler adlı İkinci Dünya müharibəsi zamanı 1000-dən çox Polşa yəhudisini öz fabrikində işə götürərək Holokostdan xilas etməsindən bəhs edir.




4. Piyanoçu (The pianist 2002)

Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın  həyatından bəhs edir.




5. Cəsur ürək (Brave heart 1995)

Filmdə hadisələr 1280-ci ildə Şotlandiyada baş verir. Kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun tarixçəsidir.




6. Həyat gözəldir (Life is beautiful 1997)

Film İkinci Dünya müharibəsi zamanı yəhudi ata və italyan ananın oğullarını qorumaq üçün göstərdiyi çoxsaylı fədakarlıqlardan bəhs edir.




7. Zolaqlı pijamalı oğlan (The Boy in the Striped Pyjamas 2008)

Film İkinci Dünya müharibəsi zamanı alman əsgərinin 8 yaşlı oğlu və yəhudi oğlanın dostluğundan bəhs edir.




8. Dovşan Jojo (Jojo rabbit 2019)

Adolf Hitler faşizmin içində böyüyən Jojonun xəyali dostudur. Jojonun anası isə evin zirzəmisində yəhudi bir qızı gizlədir.




9. Küləklə sovrulanlar (Gone with the Wind 1939)


Marqaret Mitçellin1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyniadlı roman  əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir.




10. Qəzəb (Fury 2014)

 Kifayət qədər silahı olmayan Vardaddi və adamları Nasist Almaniyasının ürəyini vurmaq üçün qəhrəmanlıqları içərisində təhlükəyə atılmaqdadır. Ən sonda beş nəfərlik qrupdan bir nəfər sağ qalır.




11. Şərəfsiz əclaflar (Inglourious Basterds 1978)

İkinci Dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii filmdir.




12. Kasablanka (Casablanca 1942)

Film İkinci Dünya müharibəsinin  ilk vaxtlarından bəhs edir. Çex müqavimət təşkilatının lideri Viktor Lazlou nasist həbs düşərgəsindən qaçaraq Kasablankaya gəlir. Onun məqsədi Lissabona, oradan da ABŞ-a mühacirət etməkdir. 




13. Şərikli çörək “1969”

İkinci Dünya müharibəsinin son günlərində uşaqların çətin və fərəhsiz həyatından bəhs edir.




14. Ərəbistanlı Lourens (Lawrence of Arabia 1962)

Film Britaniya kəşfiyyatının zabiti, Birinci Dünya müharibəsi illərində Suriyada yerli ərəb qəbilələri ilə sıx əlaqədə çalışdığına görə “Ərəbistanlı” ləqəbini qazanan Tomas Eduard Lourensin həyatından bəhs edir.