
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı həftəsonu maraqlı tamaşalarla çıxış edəcək.
Tamaşalar sənət ocağının “Facebook”dakı səhifəsi vasitəsilə canlı nümayiş ediləcək. Belə ki, teatrın kollektivi mayın 22-si saat 18:00-da “Arşın mal alan”, 23-ü saat 18:00-da retro tamaşalardan olan “O olmasın, bu olsun” və 24-ü saat 18:00-da “Ər və arvad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.