“Nərgizlə Nigarın nağılları” kitabı nəşr olundu

Azərbaycanın Xalq yazıçısı Hüseyn Abbaszadənin “Nərgizlə Nigarın nağıl­ları” kitabı işıq üzü görüb.

Uşaq auditoriyasının mütaliəsi üçün Azərbaycan, ingilis və rus dilində ərsəyə gətirilmiş kitabayazıçının, sevimli nəvələri – Nərgiz və Nigar haqqında qələmə aldığı “Nərgiz və Nərgiz gülü”, “Babaya hədiyyə”, “Yeriyən yarpaqlar”, “Qumru quşunun balaları”, “Bir parça çörək”, “Meşədə”, “Nənə uşaq olanda”, “Ağaclar yanır”, “İlan”, “Ayı balası”, “Volan və yalan” hekayələri daxil edilib.

Kitabın redaktoru Bəhlul Abbasovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib. 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 “Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi