Nəriman Əbdülrəhmanlının hekayəsi İran ədəbiyyat portalında

This image has an empty alt attribute; its file name is Neriman_iceri_Sekil-min-1.jpg

Təbrizin populyar “Tabrizema” (Bizim Təbriz) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində, tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının “Yarımçıq gün” hekayəsinə yer ayırıb. Səhifədə yazıçının yaradıcılığına dair geniş məlumat da yerləşdirilib.

Qeyd edək ki, dünya mədəniyyəti və ədəbiyyatı yeniliklərini mütəmadi olaraq işıqlandıran “Tabrizema” portalı İranla yanaşı, xaricdə yaşayan güney azərbaycanlılar tərəfindən də izlənilir.  

keçid linki: http://tabrizema.ir/nariman-abdorrahmanli/