Nəriman Həsənzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında

Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin “Nərdivan”, “Qəribədir”, “Mən də yağmalıyam” şeirlərinə yer ayırıb. Şeirlərin türk dilinə tərcümə müəllifi – Kəmalə Ələkbərovadır.

2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Nəriman Həsənzadənin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

Bölmənin klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.

Keçid linki:

https://erikagacioyku.com/2020/12/01/neriman-hasanzade-1931/