Nuri Bilge Ceylanın gözündən Türkiyə

Epiloq.az tanınmış türkiyəli rejissor Nuri Bilge Ceylanın “Sinemaskop Türkiyə” adlı sərgisinə aid fotoları təqdim edir.

Çoxları Nuri Bilge Ceylanı ancaq rejissor kimi tanıyır. Lakin onun ilk peşəsi fotoqraflıq olub. Uzun illər bu işlə məşğul olduqdan sonra rejissorluğa başlayıb.  Nuri 2009-cu ildə fotolarından ibarət “Sinemaskop Türkiyə” sərgisini açıb. O, sərginin yaranma ideyası haqqında belə danışır: “Uzaq” filmini bitirdikdən sonra dincəlmək üçün bir dostumuzun yanına – Kapadokiyaya getmişdik. Axşamüstü dostlarımla gəzərkən təsadüfən bir mənzərə şəkli çəkdim. İstanbula qayıdıb fotonu çıxardıqdan sonra çox xoşuma gəldi. Bu duyğu məni yenidən fotoqrafiyaya qaytardı”.

Kapadokiya

Kəndli uşaq, Ağrı 2004
Sultanəhməd meydanı, İstanbul 2004
Qışda küçə, İstanbul 2004
Beyoğlunda tramvaylar, İstanbul 2004

Qışda göyərçinlər, İstanbul 2004
Yol kənarında iki adam, Ağrı 2005
Məktəblilər, Tire 2003
Evə qayıdış, Ərdahan 2004
Ana və qızları, 2004
Kənd, Qars 2004
Meke krater gölü
İsaq Paşa sarayı
Çörəkçinin şagirdi, Urfa 2004
İki bacı, 2004

Cahan Seyidzadə