“Ölsəm… bağışla” filmi haqqında maraqlı faktlar

Epiloq.az “Ölsəm… bağışla” filmi haqqında maraqlı faktları təqdim edir.

Ölsəm bağışla” filminin ulduzu 30 il sonra TANINMAZ HALDA - FOTO

  • “Ölsəm… bağışla” filmi 1989-cu ildə ekranlaşdırılıb. Ekran işi İkinci Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edir. Filmin rejissoru Rasim Ocaqov, ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Rafiq Qəmbərov, bəstəkarı Emin Sabitoğludur. Baş rollarda Fəxrəddin Manafov, Gülzar Qurbanova, Sədayə Mustafayeva, Muxtar Manıyev, və digərləri çəkilib.
  • Film müharibənin qoyduğu izlər, döyüşdən qayıdanların həyat mübarizəsi, məhəbbət, haqsızlığa qarşı müqavimət haqqındadır.
Ölsəm... bağışla (film, 1989) - YouTube
  • “Ölsəm… bağışla” filmi rus dilində çəkilmiş, sonradan Azərbaycan dilinə dublyaj edilmişdir.
  • Ssenari gerçək həyat hekayəsi əsasında yazılıb. Müharibə veteranı olan cavan bir oğlanın kontuziya alması, müharibənin bitdiyi elan olunmadan ordudan qaçması, həbsi, atasının bir vaxtlar çörək zavodunda çalışması, sevgi macərası, ölümü real həyatdan götürülən hadisələrdir.
  • Kinoda adı çəkilən “Xram vozduxa” (Hava məbədi) restoranı müharibə və ondan sonrakı dövrdə Kislovodskda çox məşhur olub. Hündür yerdə yerləşdiyindən havası çox təmiz imiş.  
  • Filmdə Yusifin rus qadınından almaq istədiyi ev Kislovodskda real evdir. Yusifin sonda bıçaqlanması səhnəsi də Kislovodskda həmin evin qarşısında çəkilib.  Ancaq “Xram Vozduxa” restoranında olan çəkilişlər pavilyon səhnələridir. Çünki həmin vaxt artıq restoran fəaliyyət göstərmirdi.
  • Filmin çəkilişləri 1988-ci ilin sentyabrında başlanıb. Kinostudiyada adətən, çəkilişlər dekabr-yanvar aylarında olurdu. Lakin Rasim Ocaqov bütün filmlərinin çəkilişinə yalnız sentyabrda start verirdi və sentyabr, oktyabr, dekabr aylarına pavilyon çəkilişlərini salırdı. Çünki o vaxt pavilyonlar boş olurdu.

  • Filmdə Gülya rolunu canlandıran Gülzar Qurbanovanın çəkilişlər zamanı 18 yaşı var idi. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ikinci kursunda oxuyurdu. “Ölsəm… bağışla” aktrisanın çəkildiyi ilk film idi. Aktrisa filmin çəkilişlərini belə xatırlayır: “Bizim kursun tələbələri ilə hazırladığımız “Sevimli Yelena Sergeyevna” tamaşası ilə Bakıya festivala gəlmişdik. Rasim müəllim filminə aktyor heyəti axtarırdı. Məni bu tamaşada gördü. Məni məşhur aktrisa İrina Kupçenkoya bənzədib Kupçenko deyirdi. Bir səhnə var ­­­– Kislovodskda şirin pambıq yeyirik: Səhnədə mən ağlamalı idim. Dönüb soruşdum: “Rasim müəllim, Kupçenko necə ağlayır?” Rasim müəllim azca fikirləşib dedi: “Nə bilim, düyməsini basır, ağlayır”. “Bəs o düymə haradadır?” – sadəlövhcə soruşdum. Rasim müəllim ürəyini göstərdi: “Buradadır”. Mən köynəyimi qurdalayanda Rasim müəllim təəccüblə soruşdu: Neyləyirsən? “Düyməni axtarıram” dedim. Rasim müəllim güldü və alnımdan öpdü.
  • Yusifin anasını canlandıran xalq artisti Sədayə Mustafayeva hazırda Gəncədə yaşayır. O, aktyor Ələddin Abbasovun həyat yoldaşıdır. Filmə çəkiləndə artıq yaşlanmışdı deyə, sadəcə, yüngülvari qrim edib saçlarını ağartmışdılar.
  • Filmdəki pullar mətbəədə çap olunmuş dubllar olub.
  • Filmdəki dava səhnəsi İçərişəhərdə çəkilib.
  • Gülzar Qurbanova müsahibələrindən birində deyib ki: “Filmdən sonra kişilərin qınağından bezmişdim. Tapançanı Yusifdən aldığım üçün tənqid olunurdum”.

  • “Ölsəm… bağışla” 1991-ci ildə Bakıda keçirilən Azərbaycan filmlərinin festivalında “ən yaxşı bədii film” nominasiyasında qalib olub.
  • 1992-ci ildə Türkmənistanda “İpək yolu” festivalında Gülzar Qurbanova və Fəxrəddin Manafov aktyor işinə görə “Qran pri” alıblar.
Ölsəm, bağışla"nın ulduzu 47
  • Yusif obrazına çəkilmək üçün bir neçə aktyor dəvət edilir. Onların arasında real namizəd Şəki Dövlət Dram Teatrının aktyoru mərhum Fərman Abdullayev olub. Lakin Rasim Ocaqov onu filmə çəkməkdən imtina edib. Filmin quruluşçu operatoru Rafiq Qəmbərov deyir: “Fərmanın çox gözəl sınaq çəkilişləri oldu.  Rasimdən nə qədər xahiş etsək də, filmə onu çəkmədi. Çünki Rasim müəllimin Fəxrəddin əxüsusi rəğbəti vardı. Bu səbəbdən də onu əksər filmlərində baş rola çəkirdi”.
Dumbadzedən təşəkkür alan azərbaycanlı aktyor -

Hazırladı: Dəniz Pənahova