Bu il fevralın 9-da Los-Ancelesin Dolbi Teatrında keçiriləcək ənənəvi “Oskar” mükafatına namizədlərin siyahısı açıqlanıb. Nominantlarının irəli sürülməsi üzrə rəsmi səsvermə 2020-ci il yanvarın 2-də başlayacaq və yanvarın 7-də başa çatacaq. Yanvarın 13-də nominantların adları açıqlanacaq, laureatların müəyyən olunması üzrə yekun səsvermə isə yanvarın 30-dan fevral ayının 4-dək davam edəcək.

Epiloq.az həmin siyahını təqdim edir.
“Ən yaxşı film” nominasiyası üzrə:
“Ford Ferrariyə qarşı” (Ford v Ferrari)
“İrlandiyalı” (The İrishman)
“Coker” (Joker)
“Evlilik hekayəsi” (Marriage story)
“Balaca qadınlar” ( Little women)
“1917”
“Bir dəfə… Hollivudda” (Once upon a time… in Hollywood)
“Parazit” (Parasite)

“Ən yaxşı aktyor” nominasiyası üzrə:
Antonio Banderas,”Ağrı və şöhrət”
Leonardo Di Kaprio, “Bir dəfə… Hollivudda”
Adam Drayver, “Evlilik hekayəsi”
Hoakin Feniks, “Coker”
Conatan Prays, “İki ata”

“Ən yaxşı aktrisa” nominasiyası üzrə:
Sintiya Erivo, “Harriet”
Skarlett Yohanson, “Evlilik hekayəsi”
Sirşa Ronan, “Balaca qadınlar”
Şaliz Teron, “Qalmaqal”
Rene Zellveger, “Cudi”

“Ən yaxşı rejissor işi” nominasiyası üzrə:
Kventin Tarantino, “Bir dəfə…Hollivudda”
Sem Mendes, “1917”
Martin Skorseze “İrlandiyalı”
Todd Fillips “Coker”
Pon Çjun Ho “Parazit”

“Film üçün ən yaxşı musiqi” nominasiyası üzrə:
“Evlilik hekayəsi”
“1917”
“Coker”
“Balaca qadınlar”
“Ulduz müharibələri: Skayuoker. Şərq”
Qeyd edək ki, ötən il 30 illik “Oskar”ın tarixində ilk dəfə olaraq, mükafatlandırma aparıcısız təqdim edilmişdi. Mərasimin bu il də belə davam edəcəyi qərara alınıb.