Pandemiya dünya ədəbiyyatında – Araşdırma

Epiloq.az  “Ədəbiyyat tarixində epidemiya” mövzusunda araşdırmanı təqdim edir.


Distopik dövrlər… Qlobal koronavirus epidemiyası səbəbindən hamımız evimizə sığınmışıq. Epidemiya ilə insanların mübarizəsi ilk yazılı mətnlərdən bəri ədəbiyyatın mövzusu olmuşdur. Epidemiyadan bəhs edən mətnlər “Gilqameş” dastanından başlamış Homerin antik “İliada” əsərinə kimi günümüzə qədər gəlib çatmışdır.
Suzan Sontaq “Xəstəlik metafora kimidir” adlı kitabında insanlıq tarixinə damğa vuran epidemiyaların zehnimizə göstərdiyi təsiri araşdırır. Eyni zamanda “xəstə olmağımız haqqında düşüncələrimizdə qurduğumuz cəza və ya emosional xəyallar”a diqqət yetirir. Saqanın niyyəti xəstəliklərin yaratdığı stereotipləri, fiziki olaraq xəstəliyin özünü deyil, onun rəqəm və ya metafora kimi istifadəsini müzakirə etməkdir.
Sontaqın vərəm, xərçəng və HİVlə bağlı əsaslı araşdırmaları, koronavirusun öhdəsindən gəlməyə çalışdığımız günlərə işıq salacaq mətnlərdir.
Elmin olmadığı dövrlərdə, insanların xəstəliklərə qarşı mübarizəsi ilk yazılı mətnlərin mənşəyi tanrılara istinad edilirdi.
“Gilqameş” dastanın Enkidu adlı qəhrəmanı ölümcül bir xəstəliklə cəzalandırılır.


Finlərin “Kalevela” dastanında da epidemiyadan bəhs edilmişdir: “Louhi, Pohjola qadınlara, kişilərə əmr edildi.  Bilinməyən bir xəstəlik adalara tərəf yayıldı. Bütün Kaleva yerə sərildi”.
Epidemiyalar antik dövrdə ən parlaq mətnlərin yazılmasına səbəb olmuşdu. Homerin “İliada” əsərində  “Axaların Troya düzənliyindəki  gəmi düşərgəsində Allah keşişin duasını eşitdi. Olimp dağının zirvələrində, ürəyindəki qəzəb, çiynindəki oxları və yayı gecənin qaranlığını yorğan kimi üstümüzə sərdi. Qaranlıqda görünməyən hər bir ox xəstəlik yayırdı. Əvvəlcə qatırlar və itlər ox atəşinə tutuldu, sonra doqquz gün ərzində o qədər yunan əsgəri öldü ki, cənazə ağacı hər yerdə yandırıldı”.
Hətta tibb elminin banisi sayılan Hippokrat belə vəba xəstəliyinin səbəbini tanrının qəzəbində görürdü. O, həmçinin Sofoklun “Tiran Edip” əsərinin də Allahın  lənətinə tuş gəldiyini vurğulayırdı.
Sontaqa görə epidemiyalar ilahi bir cəza olsa da insanlar tərəfindən utanılası bir vəziyyət sayılmırdı. Ancaq xəstəliyin utanc verici olması, mənəvi olaraq sərt meyarlar qoyulması  xristianlığın gəlməsi ilə başladı. Və beləliklə Orta Əsrlərdə vəba, sifilis, cüzam xəstəliyinə tutulan insanlar epidemiyanın səbəbini özlərində deyil, başqa “günah keçisi” axtarmaqda görürdülər.


Bu dövrlərdə Covanni Bokkaççonun “Dekameron” (1349-1353) qələmə alınmış ən önəmli əsərlərdən biri hesab olunur və Florensiyada , ən çox da yəhudilərdə və qaraçılarda mənəvi və əxlaqi çöküşə səbəb olmuşdur.
Britaniya adaları baş verənlərdən ən çox təsirlənən coğrafiya hesab edildi və ingilis ədəbiyyatında bir yaddaş yaratdı.
Roman sənətinin ən qədim nümunələrindən biri bütövlüklə bu məsələyə adaptasiya olmuşdu. Daniel Defonun 1722-ci ildə nəşr etdiyi “Taun ilinin gündəliyi” əsərində 1664-1666-ci illərdə Londonu viran edən vəba epidemiyası təsvir edilmişdir.

Modern romanlar epidemiyaya yoluxanda

Edqar Allan Ponun “Qızıl ölümün maskası” (1842) əsərində xalqın vəba xəstəliyindən qurtulduğu bir vaxtda, zənginlərin əyləndiyi gecədə xəstəlik əzrayıl donunda ortaya çıxır.
Alesandro Manzoni “Nişanlılar” (1827) əsərində  epidemiyaya sadəcə tarixi perspektivlə yanaşır. Çarlz Dikkensin isə bir çox romanındakı səfalət mənzərələri ilə yanaşı  nümayiş etdirdiyi epidemiya xəstəlikləri də sosial yaralardan bəhs edir. “Qaranlıq Ev”i (1853) bu  abzasla bitir: “O, Əlahəzrət öldü. Öldü, ağalar və cənablar. Çox hörmətli və izzətli olanlar və olmayanlar. Bütün siniflərin ruhaniləri öldü. Öldü, ürəklərində Allahın bağışladığı, mərhəməti daşıyaraq dünyaya gələn kişilər və qadınlar. Və ətrafımızda hər gün beləcə ölürlər”.

Alman dilli  ədəbiyyata gəldikdə isə Tomas Mannın adı öndə çəkilən imzalardandır. O, “Doktor Faust” əsərində sifilisi, “Venesiyada ölüm” və “Sehrli dağ” əsərində vərəmi əsas mövzu seçərək insanın ölüm və xəstəlik qarşısındakı duruşunu göstərməyə çalışır.
XX əsrdə davam edən vərəm mövzusu başqa bir neçə görkəmli müəllif tərəfindən də qələmə alınmışdır. Viktor Hüqonun “Səfillər”, Aleksandr Dümanın “ Kamelyalı qadın”, Çarlz Dikkensin “Nikolas Niklbi, Dombey və oğlu”, Turgenevin “Ərəfə”, Andrey Gidenin “Əxlaqsız”, Ceyms Coysun “Ölülər” romanı ən yaxşı nümunələr arasında yer alıb.
XX əsrdə epidemiyalarla əlaqədar ən diqqətəlayiq roman Albert Kamyunun  “Taun” əsəridir. 1947-ci ildə yazılmış bu romanda vəba nə cəza, nə də zülmün  xəbərçisi deyil; Kamyu, qəfil ölümün həyatı və insanı mövcudluğu problemlərinə ciddilik gətirdiyini ortaya qoyur.
Birinci Dünya Müharibəsinin sonlarında ABŞ-ın Kanzas ştatında, Avropadan qayıdan amerikalı əsgərlərin gətirdiyi xəstəlik  bir neçə günə başqa  48 əsgərin yoluxmasına və  ölümünə səbəb oldu. İspanlar bu virusa “İspan qripi” adı vermişdilər.
Buna səbəb Birinci Dünya Müharibəsində iştirak edən ölkələrin hərbi senzurasının orduda və əhali arasında baş vermiş epidemiya barədə xəbərlərə icazə verməməsidir. Elə buna görə də xəstəliyin ispan qripi olaraq adlandırılmasının əsas səbəbi virusun yayılmağa başlamasının ardından ilk reaksiyanın müharibə iştirakçısı olmayan İspaniyadan gəlməsi idi. Belə ki, bir çox dünya dövlətləri baş verən hadisələrə bir ad verə bilmədikləri halda, İspaniya mətbuatı və cəmiyyəti yeni bir virus dalğasının yayıla biləcəyi məsələlərini müzakirə edirdi. Nəticədə neytral İspaniya 1918-ci ilin may-iyun aylarında pandemiya elan edən ilk Avropa ölkəsi oldu.
Virciniya Vulfun  şüur axını texnikası ilə qələmə aldığı “Missis Dellouy” (1923) romanı “İspan qripi”ndən bəhs edir. Vulf sanki oxucunu savaşdan sonrakı London küçələrində gəzdirir.
Birinci Dünya Müharibəsi başa çatır və Britaniya cəmiyyəti müharibə travmasının öhdəsindən gəlir. Yeni bir dövr başlayır. Romanın əsas qəhrəmanı olan Klarisa Dolvey, döyüş başladığı gündə (13 iyun 1923-cü il) müharibənin bitdiyinə sevinir və bədənindəki xəstəliyin təzahürlərini izləyir.
Anton Çexov “6 nömrəli palata” əsərini karantin günlərində qələmə alıb.
Yazıçının belə bir əsər yazmağı təsadüfi xarakter daşımır. 1892-ci ildə yazılan əsər Rusiyanın vəhşilikdən və qabalıqdan qurtulmaq arzusunda olduğu illəri əhatə edir.Çexov illərlə vərəm xəstəliyindən əziyyət çəkmişdi.



Yunanların “ftizis” yəni ərimə adı verilən vərəm xəstəliyinə “ağ vəba adı verilmişdi.
XIX əsrin əvvəllərində Avropa əhalisinin 70 % nin vərəmə yoluxduğu təxmin edilir. Vərəm təkcə yoxsullara deyil, eləcə də kral ailəsi üzvlərinə, zadəganlara və incəsənət adamlarına da yoluxub. Molyer, Anton Çexov, Friedrix Şiller, Frans Kafka; bəstəkarlardan Frederik Şopen, Paqanini kimi şəxsləri də qeyd etmək olar.
Bu gün deyə bilərik ki, epidemiyanı fəlakət kimi şərh edən bir çox roman distopikdir. Bunun səbəbi, elm və texnologiyanın hər şeyin öhdəsindən gələcəyi düşüncəsinin ortaq olduğu bir dövrdə, aradan qaldırılmayacaq  sirli bir virusa rast gəlinməsidir. Məhz bu səbəbdən bu gün yaşadığımız reallıq bizə distopik görünür.


Dəniz Pənahova