Qarabağ Azərbaycandır!

10 Noyabr Azərbaycan tarixinə ilk Milli Qələbə Günü kimi əbədi həkk olundu. Bütün xalqımızı bu müqəddəs Gün münasibətilə ürəkdən təbrik edirəm! “Gözün aydın olsun, əziz xalqım!” – deyirəm. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə “Məkanınız cənnət olsun, igidlərim!” – deyirəm, – “Vətən, xalq heç bir zaman bu şəhidlik zirvəsini unutmayacaq!”. Bu qələbənin müəllifi – Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevə “Var ol, yaşa, Ali Baş Komandan! – deyirəm, – Azərbaycana tarixin ilk milli qələbəsini yaşadan, xalqa milli oyanış ruhunu bəxş edən, bu on yeddi ildə atılan müxalif daşlara məhəl qoymadan, tükənməz səbir və dözümlə addım-addım Qələbəyə aparan yolu məharətlə irəliləyən Böyük Sərkərdə!”

Qalib Xalqın yazıçısı

Afaq Məsud