“Quzuların səssizliyi” filmindəki məşhur ev satışa çıxarıldı

1991-ci ildə çəkilmiş və yeddi nominasiyada Oskar mükafatına layiq görülmüş “Quzuların səssizliyi” filmi illər sonra yenidən gündəmə gəlib.

Belə ki, baş rollarında Entoni Hopkins və Codi Fosterin oynadığı filmdə Buffalo Bill obrazına aid Viktoriya dövründən qalma ev 298.500 dollara (507.450 manat) satışa çıxarılıb. Pittsburqda yerləşən evdə həmin vaxtdan indiyə qədər eksteryer və interyerdə heç bir dəyişiklik edilməyib. Qeyd edək ki, adı çəkilən yerdə filmin çəkilişləri yalnız 3 gün davam edib.