Ramiz Rövşən və Leyla Əliyeva yaradıcılığı Nikaraqua elektron ədəbiyyat jurnalında

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Nikaraquanın populyar “Carátula” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə”  layihəsi çərçivəsində Xalq şairi Ramiz Rövşənin ispan dilinə tərcümə edilmiş “İlan balası”, “Mən bir tozam”  gənc, istedadlı şair Leyla Əliyevanın “Tərk edə bilmərəm heç zaman səni”, “İnanmıram”, “Gedim bir az ağlayım” şeirlərinə və yaradıcılıqları haqqında məlumata səhifə ayırıb.
Şeirlərin ispan dilinə tərcümə müəllifi – Tutuxanım Yunusovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənən “Carátula” müntəzəm olaraq səhifələrində Rodriqo Blanko KalderonSerxio RamiresHermann ŞulzSalomon de la SelvaViktor Koral kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Keçid linki:

http://www.caratula.net/author/leylaliyeva/