Ramiz Rövşən və Vilayət Quliyev mükafata layiq görüldülər

Bədii tərcümə sənətinin dəyərlənməsi və Beynəlxalq Tərcüməçilər Günü münasibətilə Azərbaycanın Xalq şairi Ramiz Rövşən – Sergey Yeseninin “Qara adam” poemasının, dilçi-alim, filologiyaelmləri doktoru, professor Vilayət Quliyev – Corc Oruellinin “1984” və “Heyvanıstan” romanlarının orijinaldan yüksək peşəkar səviyyədə tərcüməsinə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Xüsusi mükafatınaFəxri Diplom və Döş Nişanına layiq görülüblər.

Ramiz Rövşən – “Bir yağışlı nəğmə”, “Göy üzü daş saxlamaz”, “Nəfəs – kitablar kitabı”, “Sevgi açarı” şeir kitablarının, “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Özgə vaxt”, “Məkanın melodiyası” filmlərinin ssenari müəllifi;

Aleksandr Blok, Aleksandr Sergeyeviç Puşkin, Anna Axmatova, Federiko Qarsiya Lorka, Qriqore Viyeru, Marina Svetayeva, Mixail Yuryeviç Lermontov, Semyon Kirsanov, Sergey Yesenin, Şarl Bodler, Vladimir Mayakovskininəsərlərinin tərcümə müəllifi.

Vilayət Quliyev – “Mirzə Kazımbəy”, “Özümüz və sözümüz”, “Ağaoğlular”, “Azərbaycanda erməni zülmü”, “İsa Sultan Şaxtaxtinskinin qəribə həyatı”, “Tarixdə iz qoyan şəxsiyyətlər”, “Açıq sözün hikməti”, “Böyük əkinçi: Həsənbəy Zərdabi”, “Tariximiz-taleyimiz”, “Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti”, “Türk dünyasında Azərbaycan”, “Atatürk və Əhməd Ağaoğlu” kitablarının, Rafael Mustafin, Lev Qumilyov, V.Panova, Y.Vaxtin, Rişard Kapuşinski, Corc Oruell, Əlimərdanbəy Topçubaşovun əsərlərinin tərcümə müəllifi.