Romanlara çəkilmiş ən yaxşı 10 film – İMDB SİYAHI

Epiloq.az romanlara çəkilmiş ən yaxşı 10 filmi təqdim edir.

       

1. Şouşenkdən qaçış. 9.2  (The Shawshank Redemption 1994) – Stevan Kinq


Stevan Kinqin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifi və rejissoru Frenk Darabontdur. Şouşenk həbsxanasında günahsız yerə 20 il məhkumluq həyatı yaşayan bankir Endi Dyufreynin həyatından bəhs edir.


Film Oskar mükafatının 7 nominasiyasında namizəd olmuşdur. Məzmun işinə və reallığı əks etdirdiyinə görə tənqidçilər tərəfindən müsbət qiymətləndirilmişdir. Bütün dövrlərin ən yaxşı filmlərindən biri hesab olunur.


2. Xaç atası. 9.1 (The Godfather 1972) – Mario Püzo

Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanı əsasında Frensis Ford Koppola tərəfindən çəkilmişdir.

Amerika Film İnstitutunun qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur.

“Xaç atası” kitabı Nyu York Siciliya mafioz ailəsi Korleonedən bəhs edir.
Film 1945-1955-ci illər arasında olan hadisələri əhatə edir.



3. 12 qəzəbli adam. 8.9 (12 angry man 1957) – Recinald Roz


Recinald Rozun eyniadlı pyesi əsasında Sidney Lumet tərəfindən çəkilmişdir. 2007-ci ildə “Konqres Kitabxanası” tərəfindən “mədəni, tarixi və estetik cəhətdən əhəmiyyətli” filmlər arasına salınaraq və ABŞ Milli Film Arxivində saxlanılaraq qorunmaqdadır.

Recinald Rozun ssenarisi əvvəlcə televiziya üçün hazırlanmışdı. Televiziyada uğur qazandıqdan sonra filmi çəkilir. Filmdə hadisələr bir otaqda baş verir. Məhkəmə işindən bəhs edən bu filmdə heç bir ad çəkilmir. Təqsirləndirilən şəxs “uşaq”, şahidlər “yaşlı adam” və “əks küçədəki qadın”dır.



4. Şindlerin siyahısı. 8.9 (Schindler”s list 1993) – Tomas Kennil Film

Avstraliyalı yazıçı Tomas Kennilin “ Şindlerin qövsü” romanı əsasında çəkilmişdir. Filmin rejissoru Stiven Spilberqdir. Oskar Şindler adlı biznesmenin İkinci Dünya Müharibəsi zamanı 1000-dən çox Polşa yəhudisini öz fabrikində işə götürərək Holokostdan xilas etməsindən bəhs edir.

Film 22 milyon ABŞ dolları olan büdcəsinə qarşılıq 322 milyon ABŞ dolları gəlir əldə etmişdir. 7 nominasiya üzrə Oskar mükafatına laiq görülmüşdür. Konqres Kitabxanası 2004-cü ildə filmin ABŞ Milli Film Arxivində saxlanması barədə qərar qəbul etmişdir.



5. Döyüşçü klubu. 8.8 (Fight club 1999) – Çak Palanik

Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi trillerdir. Film 1999-cu ildə ABŞ -da çəkilib. Gəlir gözləniləndən aşağı olmasına baxmayaraq, Döyüşçü klubu sonrakı illərdə buraxılan DVD-lər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.

Filmin baş qəhrəmanı otuz yaşlı Edvard Norton  avtomobil şirkətində koordinator vəzifəsində çalışır və işi ilə bağlı tez-tez bir yerdən digərinə köçməyə məcbur olur. Onun monoton həyatı döyüş klubu ilə rastlaşdıqdan sonra dəyişir.



6. Forrest Qamp. 8.8 (Forrest Gump 1994) – Uinston Qrum

Filmin rejissoru Robert Zemekis, ssenari müəllifi isə Erik Rotdur. Film yayımlandığı il kassaya böyük uğur qazandırıb. Film 677 milyon dollardan çox qazanc əldə etdi. Film 6 nominasiya üzrə Oskar mükafatı qazanmışdır.

Filmdə Forrest Qampın xarakteri dəyişdirilmişdi.
Dayanacaqda avtobus gözləyən Forest Qamp öz həyat hekayəsini hər kəsə danışmağa başlayır.



7. Üzüklərin hökmdarı: İki qala  8.7 (The lord of the rings 2002) – C.R.R. Tolkien

İngilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur fantastik romanı İkinci dünya Müharibəsi dövründə yazılmışdır. 2002-ci ildə isə Piter Cekson tərəfindən ekranlaşdırılmışdır.

Filmdə üç hekayədən bəhs olunur. Froda və Sam üzüyü məhv etmək üçün Mordora yollanırlar. Üzüyün əvvəlki sahibi Qollumla rastlaşırlar. Film 900 milyon dollardan çox gəlir etmişdir.



8. Qu quşu yuvasının üzərindən uçuş . 8.6 (The flew over the cuckoo”s nest 1975) – Ken Kizi

Ken Kizinin eyniadlı romanı əsasında rejissor Miloş Forman tərəfindən çəkilmişdir.
Ekran işinə görə Amerika Film İnstitutunun “100 ən yaxşı filmlər” siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (ən yaxşı film, aktyor, aktrisa və ssenari) qazanan ikinci film olmuşdur.

Psixiatrik xəstəxanada cərəyan edən hadisələrdən bəhs etdiyi üçün, bu film demək olar bütünlüklə Oreqon ştatındakı ruhi xəstəxanada çəkilmişdir.

Film özünü psixoloji xəstə kimi qələmə verən məhkumdan bəhs edir. O, xəstəxanada həm qaçmaq üçün planlar qurur, həm də digər xəstələrlə fərqli dialoqlar yaradır.



9. Tanrının şəhəri. 8.6 (The city of God) – Paulo Lins

Paulo Linsin eyniadlı romanı əsasında  rejissor Fernando Meirelles və Katia Lund tərəfindən çəkilmişdir.

Film 1960-cı illərdə bir məhəllədə yaşayan uşaqların məhv olmuş həyatından bəhs edir. Film IMDB-nin 250 ən yaxşı film siyahısına daxil edilmişdir və ardıcıl olaraq reytinq cədvəlini üstələmişdir.



10. Quzuların səssizliyi. 8.6 (The Silence of the lambs 1991) – Tomas Harris

Tomas Harrisin eyniadlı əsəri əsasında Conatan Demmi tərəfindən çəkilmişdir.
Film 5 kateqoriya üzrə Oskar mükafatına laiq görülmüşdür.  2011-ci ildə Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik olaraq mühüm film” kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.

Naməlum qatil ABŞ-da yaşayan əhali arasında qadınları öldürür və onların dərisini soyur. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona “Buffalo Bill” ləqəbini verirlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və manyak olan Hannibal Lektora müraciət edir. 



Dəniz Pənahova