Epiloq.az Viktor Hüqonun “Səfillər” romanı haqqında 11 maraqlı faktı təqdim edir.

- “Səfillər” romanı ilk dəfə 1862-ci ildə çap olunub.
- Viktor Hüqo “Səfillər”in ön sözündə romanının aktual qalacağını belə izah edirdi: “Yer kürəsində səfillik və nadanlıq var olduqca belə kitablar da yaşayacaqdır”.
- Roman çap olunanda Hüqonun 60 yaşı var idi.
- “Səfillər” romanı altı il ərzində nəşriyyata yarım milyon frank gəlir gətirmişdi.
- “Səfillər” romanı tarixin ən uzun romanlarından biri hesab olunur.
- “Səfillər” romanının 3-cü bölümündəki 823 sözdən ibarət cümlə Fransız ədəbiyyatının ən uzun cümləsi sayılır. Bu cümlə 3 səhifə davam edir.
- Hüqo kitab çap olunandan sonra oxucu reaksiyasını öyrənmək üçün naşirə ancaq “?” işarəsindən ibarət olan teleqram vurur. Naşirdən cavab gəlir: “!”
- Hüqo bir fahişəni həbsdən xilas etmişdi. O zaman polislərlə etdiyi söhbəti Jan Valjanın Fantinanı xilas etdiyi yerdə təkrarlamışdı.
- Romandakı hadisələr 1815-ci ildə başlayır və 1832-ci il İyun qiyamı ilə başa çatır. Qəribədir ki, yazıçı da roman üzərində 17 il çalışmışdı.
- Romanın ilk nəşrində Kozettanın bu illüstrasiyası çap edilmişdi.

11.Roman çap olunduqdan sonra Qustav Flober yazırdı: “Romanda nə cəsarət var, nə də həqiqət”. Qonkur qardaşları isə romanı süni hesab etmişdi.