Şəhid oğlum Sizi çox sevirdi…

Denni bir dəfə radioda qonağım olanda Toledodan bir qadın zəng vurdu: “Sizinlə danışacağımı təsəvvürümə gətirməzdim. Heç bir sualım yoxdur, sadəcə bir şey demək istəyirəm. Oğlum sizi çox sevirdi. Sizin kimi olmaq istəyirdi. Sizi təqlid edirdi.  Bütün həyatı sizdən ibarət idi”.

Sonra növbə əsas məsələyə gəldi: “19 yaşında Koreyada öldürüldü. Orduda idi. Mənə göndərdikləri şəxsi əşyalarının arasında bir şəkil də var idi. Sizin şəkliniz. Onun son fotosuyla sizin həmin şəklinizi çərçivəyə saldırmışam. 30 ildir hər gün o şəkillərin tozunu alıram. Düşündüm ki, bunu eşitmək xoşunuza gələr”.

Denni studiyada ağlayırdı, mən də, zəng vuran qadın da.

Denni: “Oğlunuzun ən sevdiyi mahnı hansı idi?” – deyə soruşdu.

“Dena” dedi qadın.

Və Denni orkestrsız, pianosuz, göz yaşları içində bu Koreya şəhidinin anasına mahnı oxumağa başladı.

Karyeramdakı ən mənalı xatirələrdən biridir, həm də ən təsirlisi… Denni buna bütün səmimiyyətiylə nail olmuşdu. Özünü ifadə etmək yerinə, empatiya quraraq və hisslərini göstərərək.

P.S. Əhvalat məşhur amerikalı telejurnalist Larri Kingin “Necə danışmalı” kitabından götürülüb.