Şairəm deyə quşlara baxım?

Epiloq.az məşhur türk müğənnisi və şairi Can Bonomonun Kiçik İskəndərlə bağlı xatirəsini təqdim edir.

Kiçik İsgəndəri 21 yaşımdan tanıyıram. Onun qatı “Fənərbaxça” azarkeşi olması insanlara həmişə təəccüblü gəlib. Əslində, mənə də. Halbuki şairin gündəlik həyatdakı hansısa davranışı bizə qəribə gəlirsə, demək, səhv edirik.  Çünki şair super qəhrəman və ya fövqəltəbii varlıq deyil. Sadəcə yazmaq istedadı olan adamdır və onu şair edən cəmiyyətə qazandırdığı şeirlərdir. Yəni, gündəlik həyatdakı seçimlərinin buna heç bir təsiri yoxdur. Bir dəfə “Yunus Əmrə şeir müsabiqəsi”ndə jürinin xüsusi mükafatını aldığımı demək üçün evinə getmişdim. Xəstə olduğu vaxtlar idi, yatağında uzanıb futbola baxırdı. Yanında oturub zarafatyana: “Şair də heç futbola baxar?” – dedim. O da cavab verdi ki: “Şairəm deyə bütün gün pəncərədən quşlara baxmalı deyiləm ki. Televizorda futbol gedir, mən də baxıram”. Bu söhbəti həyatım boyu xatırlayacağam.