Salvador Dalidən sizi dərin şübhəyə salacaq 26 fikir

Epiloq.az Salvador Dalidən 26 dahiyanə aforizmləri təqdim edir.



Dəli ilə mənim aramda bircə fərq var. Dəli özünün ağıllı olduğunu sanır, mən isə dəli olduğumu bilirəm.

***

Mən narkotikdən istifadə etmirəm. Narkotik mənəm!

***

Yaxşı rəssam olmaq çox asandır. Bunun iki şərti var. 1 İspan olmalısınız. 2 Adınız Salvador Dali olmalıdır.

***

Siqarət çəkmədiyim üçün bığ saxlamağa başlamışam. Yenə də özümlə portsiqar gəzdirirəm. İçində isə siqaret yerinə bir neçə bığ olur. Bunu dostlarıma göstərəndə heyrətə düşürlər. Mənim üçünsə bu bığlarımın müqəddəsliyini yoxlamaqdır.

***
Həqiqi sənətkar  ilham alan yox, ilham verəndir.

***

Tanrı insanı yaratdı, insan isə metrik sistemi.

***


Qəribə deyiləm, sadəcə anormalam.

***

Saxta xatirələrlə əsl xatirələr arasındakı fərq daş-qaşlardakı fərq kimidir.
Saxta olanlar həmişə daha gözəl görünür.

***

Təqlid etmək istəməyənlər heç bir şey yarada bilməz.


***
Bir qadının yanaqlarını gülə bənzədən ilk adam heç şübhəsiz ki, şairdir. Bunu təkrar edən adamlar isə axmaq.


***

Surrealizm dağıdıcıdır. O bizim təxəyyülümüzə vurulan buxovları qırıb atır.

***

Həftədə 20 kilo paltar yumaqdansa, aşiq olduğum qadından ayrılmaq daha asandır.

***

İnsanların mənim ciddi olduğuma və zarafat etdiyimi bilmələrinə ehtiyac yoxdur. Heç özüm də bunu bilmirəm.

***

Portreti modelə bənzəsin deyə çəkmirəm. Vaxt keçdikcə model özü portretə bənzəməyə başlayır.
***

6 yaşım olanda aşpaz olmaq istəyirdim. 7 yaşımda Napoleon. O gündən bu yana ambisiyalarım müntəzəm şəkildə artır.

***

Ambisiyasız zəka qanadları olmayan quşdur.

***

Səhvlər həmişə və daima müqəddəs təbiətə malikdir. Onları düzəltməyə çalışmayın. Əksinə onları rasionallaşdırın və başa düşməyə çalışın.

***

Hər şey məni başqalaşdırır, heç nə məni dəyişdirmir.

***

Müasir sənət nəhəng bir tragediyadır.

***

Əgər çəkməmiş rəsmi başa düşdünüzsə, çəkməsəniz də olar.

***

Uğurun termometri xroniki narazıların qısqanclığıdır.

***

Mükəmməllikdən qorxmayın. Çünki ona çata bilməyəcəksiniz.

***

Ustanın evinizdəki kanalizasiyanı açmasından daha böyük xoşbəxtlik yoxdur. Heç bir yazıçının romanı bu qədər ləzzət vermir.

***

Modern olmağa çalışmayın, təəssüf ki,modernlikdən xilas olmaq mümkün deyil.

***

Mən təlxək deyiləm. Təlxək dəliliyini gizlətmək üçün özünü ciddi aparan və məntiqsiz dərəcədə hiyləgər olan cəmiyyətdir.