Şaxta babaya məktub yazan uşaqlar

Şaxta babaya məktub göndərmək ənənəsinin başlanması XX əsrin əvvəllərinə təsadüf edir. 1912-ci ildə ABŞ-da poçt direktoru olan Franç Hiçkok işçilərinə Şaxta babaya ünvanlanan məktubları açmalarına və cavablamalarına icazə verir. O, hətta könüllülərdən ibarət dəstə yaradaraq, onların vasitəsilə uşaqların istədikləri hədiyyələri evllərinə yollayır. Və beləliklə, bu ənənəyə çevrilir. Hər il dünyanın dörd bir tərəfindən milyonlarla uşaq Şaxta babaya məktub göndərərək arzularını yazırlar. 2020-ci ildə oktyabr ayından bəri ABŞ-da Şaxta babaya 10.000-dən çox məktub göndərilib. Məktubların çoxu ilin çətinliklərini və pandemiyanın uşaqlara vurduğu ziyanı əks etdirir.

Epiloq.az 2020-ci ildə ABŞ-da uşaqların Şaxta babaya yazdığı məktubların bir neçəsini təqdim edir.

Bu il “Covid-19”un bitməsini, dünyada barış və iqlim nəzarətini istərdim.

Jasmin

                                         

    ***

Hörmətli Şaxta baba, səndən Milad üçün heç bir şey istəmirəm. Xahiş edirəm “Covid-19” üçün bir çarə tapıb dünyanı xilas edəsən. Təşəkkür edirəm.

Conah

 ***

Hörmətli Şaxta baba, korona səbəbi ilə bu il çox çətin keçdi… Anam mənə Milad üçün bir şey ala bilməyəcəyini söylədi. Çünki hədiyyə alacaq qədər maaşı yoxdur.

  ***

P.S. Pis olduğum üçün üzr istəyirəm. “Covid-19” və online dərs həqiqətən çox çətindir. Yaxşı olmağa çalışıram. Ümid edirəm başa düşürsən.

***

Olduğunuz yerdə “Covid-19” varmı? Əgər yoxdursa, sizə sadəcə şanslı olduğunuzu söyləmək istəyirəm.
Babam deyir ki, işini itirsə də bir yol tapacağıq.

Florida ştatından Nhea

***

Pandemiyanın yox olması üçün basa biləcəyim sehirli bir düymə istəyirəm.

Antoni

***

Hörmətli Şaxta baba, səndən anam üçün məşq maşını, atam üçün isə su keçirməyən gödəkçə istəyirəm. Üç qardaşım üçün də hədiyyə göndər.

Texasdan 13 yaşlı Kimberli

***

Bu il “Covid-19” ailəmiz üçün çətinliklər yaratdı. Ailəmizdə təkcə ögey atam işləyir. Pandemiyaya görə atam işini dayandırmalı oldu. Atam indi daha az işləyir və aldığı maaşla kirayə pulunu ödəyir. Valideynlərim bu məktubu qardaşlarım və özüm üçün yazdığımı düşünür. Ancaq mən bu il etdikləri hər şey üçün onları təəccübləndirmək istəyirəm.

9 yaşlı Alani


Mənbə: “CNN.com”

Tərcümə edən: Dəniz Pənahova