Sosial şəbəkə istifadəçiləri üçün hekayə müsabiqəsi elan edildi


Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri arasında “Ana dili” adlı qısa hekayə müsabiqəsinə start verdi.

Mərkəzdən Karvannews-a verilən məlumata görə, müsabiqədə saxta profillər istisna olmaqla, bütün “Facebook” istifadəçiləri iştirak edə biləcəklər. Hər istifadəçi müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər, hekayələr Azərbaycan dilində, maksimum 1000 işarədən ibarət olmalı və daha əvvəl heç yerdə dərc edilməməlidir.

Müsabiqənin qaydalarına uğyun olaraq istifadəçilər hekayələrini və özləri barədə məlumatı Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə Word formatında (Times New Roman şrifti, 12 ölçü) məktub şəklində göndərməlidirlər. Münsiflər tərəfindən seçilmiş hekayələr Monitorinq Mərkəzinin “Facebook” səhifəsində paylaşılacaqdır. İştirakçılar Monitorinq Mərkəzinin “Facebook” səhifəsində təqdim olunmuş hekayəni şəxsi hesablarında paylaşmalıdırlar.

Bildirilib ki, müəyyən edilmiş tarixə qədər ən çox “like” (bəyənmə) toplayan 3 müəllif qalib elan ediləcək.

Müsabiqənin əsas mükafatları:

1-ci yer – 500 man.

2-ci yer – 300 man.

3-cü yer – 200 man.

Həvəsləndirici mükafatlar (fəxri diplom və kitablar):

4-cü yer

5-ci yer

6-cı yer

7-ci yer

8-ci yer

9-cu yer

10-cu yer

Qeyd edək ki, hekayələr 02.02.2021- 28.02.2021 tarixinlərində qəbul edilir. İlk mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş hekayələr 01.03.2021 tarixindən etibarən Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə yerləşdiriləcəkdir. Final nəticələri 20.03.21 tarixibdə – Novruz Bayramında elan olunacaq.