Stenli Kubrikin gözündən Nyu-York – FOTO

Hekayə yarada biləcək fikirləriniz olsun, ətrafa baxın və gördüklərinizi çəkin. Sonra həmin fotoları jurnallara göndərin. Mən özümü şanslı hesab edirəm, çünki bu sənəti çox gənc yaşlarımda öyrəndim...

Stenli Kubrik

Amerikalı kinorejissor Stenli Kubrik 17 yaşından “Look” jurnalında işləyirdi. 1946-cı ildə başladığı fotoqraflıq karyerası boyunca on beş minə yaxın şəkil çəkən Kubrikin fotokolleksiyası hal-hazırda  “Nyu-York Siti” muzeyinin arxivində saxlanılır. Onların arasında Nyu-York metrosunda çəkilən kadrlar xüsusilə diqqət çəkir. Həmin fotolarda biz metroda yuxuya gedənlərə, sevgililərə, darıxanlara, başqalarının qəzetini gözucu oxumağa çalışanlara, nyu-yorkluların 1940-cı illərin ikinci yarısındakı həyatlarına gələcək rejissorun gözüylə baxırıq. Hələ mobil telefonların mövcud olmadığı vaxtlarda insanların kütləvi nəqliyyat vasitələrində vaxtını necə keçirməsi müasir izləyicilərdə maraq yaradır.

 Epiloq.az Stenli Kubrikin fotolarını təqdim edir.