Tanrıya məktub yazan uşaqlar

Avropa və Amerikada uşaqlardan Tanrı haqqında fikirlərini soruşublar. Din tədrisinin bir hissəsi olaraq uşaqlardan Tanrıya məktub yazmalarını, eyni zamanda arzu və istəklərini bildirmələrini istəyiblər.
Epiloq.az uşaqların Tanrıya yazdıqları məktubları təqdim edir.


Sevgili Tanrı, indi mənə lazım olanları yazıram: təzə velosiped, kimya ləvazimatları, it, kino göstərən aparat, beysbol əlcəyi. Hamısını göndərə bilməsən, eybi yox, bir az da olar.
Qeyd: Bilirəm ki, Noel baba yoxdur.
Səni sevən Erik, 2 yaş

                                                        ***


Canım Tanrım, kosmonavtlar göyə qalxıb elə fırlananda çox qorxuram… Nə olar, elə et ki, onlar bizim evin damına düşməsin.
Dostun Norman, 4 yaş

                                                        ***



Sevgili Tanrı, insanları öldürüb yenisini yaratmaq əvəzinə niyə sağ olanları saxlamırsan?
Ceyn, 5 yaş

                                                       ***

Sevgili Tanrı, xahiş edirəm mənə bir poni göndər. Səndən indiyə qədər heç nə istəməmişəm. Yəqin ki, bunu yaddan çıxarmazsan?
Brus, 4 yaş

                                                        ***

Sevgili Tanrı, atam çox tərsdir. Elə et ki, o bu xasiyyətindən əl çəksin. Amma onu çox incitmə. Sevgilərlə.
Martin, 5 yaşında

                                                       ***



Sevgili Tanrı, buludlardan biri sifətini elə qəribə hala saldı ki, çox qorxdum. Nə olar, ona de ki, bir də belə etməsin.
Ellen, 3 yaş

                                                   ***



Sevgili Tanrı, sən doğrudan varsan? Bəziləri buna inanmır. Əgər varsansa, gecikmədən bir şey elesən yaxşı olar…
Harriet Ann, 6 yaş


                                                     ***

Sevgili Tanrı, əgər heç kim qədrini bilməyəcəksə, yaxşı olmaq nəyə lazımdır?
Mark, 8 yaş

                                                    ***


Tanrım, yuxarı mərtəbədəkilər qışqıraraq dalaşırlar. Məncə, təkcə yaxşı insanların evlənməsinə icazə verməlisən.
Nan, 5 yaş

                                                    ***


Sevgili Tanrı, nədən insanları bu qədər çox yaratmısan? Başqa bir dünya yaradıb artıqları ora qoya bilməzdin?
C.B. 7 yaş

                                                   ***


Tanrım, insanlara həmişə ruhları düz paylayırsan? Səhv edə bilərsən haa…
Audrey, 8 yaş

                                                    ***


Sevgili Tanrı, sən nə qəribə hərəkət edirsənsə, hamı heyran qalır. Amma mən kiçik bir zarafat edən kimi, danlayırlar.
Jodi, 6 yaş

                                                    ***


Sevgili Tanrı, bizdən nigaran qalma, bizimkilər çox dindardı.
Teddi, 9 yaşında

                                                      ***


Sevgili Tanrı, məndə səndən başqa bütün liderlərin şəkli var.
Norman, 6 yaş

                                                        ***


Tanrım, gonbul olanda heç kim adamla dostluq etmək isməmir…
Billi Cean, 9 yaş

                                                        ***


Sevgili Tanrım, oğlanlar qızlardan daha üstündür? Bilirəm, sən də onların tərəfindəsən, amma yenə də ədalətli olmağa çalış.
Silviya, 5 yaş

                                                      ***


Sevgili Tanrı, kitabını oxudum və bəyəndim. O fikirlər hardan ağlna gəlib? Con, 8 yaş

                                                     ***

Sevgili Tanrı, zürafələri istəyərək elə görünüşdə yaratmısan, yoxsa səhvən olub?
Norman, 4 yaş

                                                    ***


Tanrım, İncildə niyə heç arvadınızın adı çəkilməyib? İncili yazanda hələ evlənməmişdiniz?
Larri, 6 yaş

                                                   ***


Sevgili Tanrı, bilirəm İncildə deyirsən ki, o biri yanağınızı çevirin, bəs qardaşım gözümə vurarsa neyləyim? Sevgilər.
Tereza, 5 yaş

                                                ***


Sevgili Tanrı, necə bildin ki, sən Tanrısan?
Çaren, 3 yaş

                                                ***


Sevgili Tanrı, sənin yaşına çatanda, mən də sənin kimi olmaq istəyirəm. Yaxşı?
Tommi, 4 yaş

                                                 ***


Sevgili Tanrı, keçən həftə Nyu-Yorka gedəndə St.Patrik kilsəsini gördüm. Qəşəng evdə yaşayırsan haa.
Frank, 5 yaş

                                                  ***


Əgər mən Tanrı olsaydım bu qədər yaxşı olmazdım. Bunu yadından çıxarma.
Mişel 4 yaş

                                                  ***


Canım Tanrım, qucaqlaşmaq adətini sən tapmısan? Çox yaxşı şeydi.
Brenda, 5 yaş

                                                 ***


Sevgili Tanrı, niyə heç televizorda görünmürsən?
Kim, 5 yaş

                                                 ***


Sevgili Tanrı, müəllimə deyir ki, günlər əvvəlcə qısalır, sonra
uzanır. Artıq bir qərar versən yaxşı olar.
Mindi, 6 yaş

                                                ***


Sevgili Tanrı, əgər öləndən sonra yaşayacağıqsa, bizi niyə öldürürsən?
Harri, 5 yaş

                                                ***


Sevgili Tanrı, sən varlısan, yoxsa təkcə məşhursan?
Steven, 4 yaş

                                              ***


Sevgili Tanrı, bu soyuqlar nəyə lazımdır?
Roda, 3 yaş

                                                ***


Sevgili Tanrı, yeni hekayələr yaza bilməzsən? Yazdıqlarının hamısını
oxuyub qurtardıq və yenə başdan başladıq.
Terri, 6 yaş

                                               ***


Sevgili Tanrı, yağış yağanda nə qədər davam edəcəyini hardan bilirsən? Con, 5 yaş
 
                                               ***


Həkim olmaq istəyirəm. Amma o fikirləşdiyin səbəbə görə yox.
Fred, 5 yaş

                                               ***

Niyə sonradan yeni heyvanlar tapıb göndərmədin? Hələ də köhnə heyvanlar gəzib dolaşır.
Coni, 5 yaş

                                               ***


Yəqin ki, hər gün qarışqaları əzməyimin sənin üçün fərqi yoxdur.
Alis, 4 yaş
 
                                                 ***


Göndərdiyin uşağı (qardaşımı) geri götürməsən, otağımı yığışdırmayacam. Coy, 5 yaş

                                                  ***


Kilsəyə söz ola bilməz, amma daha yaxşı mahnılar yaza bilərsən.
Bob, 5 yaş

                                       


                                                    ***


Əgər heç kim bilməyəcəksə, yaxşı olmaq nəyə lazımdır?
Mark, 6 yaş

                                                   ***


Sevgili Tanrı, acığımı çıxdım, çox sağ ol.
Raymond, 5 yaş

                                                   ***


Nə olar məni quş elə. Söz verirəm ki, səndən uzun müddət heç nə istəməyəcəm.
Li, 4 yaş

                                                    ***


Bir dəfə qar yağdırdın, məktəblər bağlandı. Yenə qar yağdıra bilərsən?
Qay, 4 yaş

                                                    ***


Sevgili Tanrı, yazdığın kitabların hamısı bir-birinə oxşayır. Daha yaradıcı ola bilməzsən?
Cek, 6 yaş

                                                   ***


Deyirlər sən hər şeyi görə bilirsən. Hamamda olanda məni izləmə.
Culia, 5 yaş

                                                  ***


Sevgili Tanrı, niyə dinazavrları mən görməmiş yox elədin?
Fred, 4 yaş

                                                  ***


Sevgili Tanrı, deyirlər cəhənnəm çox istidir. Bəlkə, soyuducu
quraşdırasan?
Stingrey, 5 yaş











Dəniz Pənahova