“Tom dayının daxması”dan maraqlı faktlar

Epiloq.az ABŞ-da irqçilik əleyhinə olan iğtişaşların son günlər daha da gücləndiyi bir vaxtda bu məsələnin tarixində əhəmiyyətli rol oynayan Harriyet Biçer-Stounun “Tom dayının daxması” romanı haqqında bilinməyən faktları təqdim edir.

  • Roman ilk dəfə 20 mart 1852-ci ildə çap olunmuşdur.

  • “Tom dayının daxması” XIX əsrin İncildən sonra ən çox satılan ikinci kitabı idi.

  • Əsər 1850-ci illərdə irqçiliyə qarşı mübarizənin əsas simvollarından biri kimi qəbul edilmişdi.

  • Çap olunduğu il ABŞ-da üç yüz min, Böyük Britaniyada isə bir milyon ədəd satılmışdı.

Portrai
  • Bir neçə il ərzində satış sayı 1,5 milyona çatan kitabın bir çox nəşri pirat idi. Buna görə müəllif məhkəməyə müraciət etmişdi. Lakin həmin dövrdə ABŞ-da müəllif hüquqları haqqında qanun zəif işlədiyinə görə məhkəməni uduzmuşdu.

  •  Deyilənə görə o vaxtkı ABŞ prezidenti Avraam Linkoln Harriyet Biçer-Stou ilə görüşü zamanı “vətəndaş müharibəsini başladan bu xanım imiş?” sualını vermişdi. Lakin tədqiqatçıların iddiasına görə 1896-cı ilə qədərki yazılı mənbələrdə belə bir hadisənin olması barədə heç bir məlumat yox idi.

  • Harriyet Biçer-Stounun 30-a yaxın əsəri var idi. Lakin onların heç biri “Tom dayının daxması” qədər məşhurlaşa bilməmişdi.

  •  Əsər irqçilik əleyinə yazıldığına və qaradərililərin hüquqlarını müdafiə etdiyinə görə çox adam Harriyet Biçer-Stounun da qaradərili olduğunu zənn edirdi.  Lakin bu belə deyildi.

  • Harriyet əsəri yazarkən 1849-cu il tarixli “The Life of Josiah Henson, Formerly a Slave, Now an Inhabitant of Canada, as Narrated by Himself ” (keçmiş kölə, indi isə bir Kanadalı olan Jozef Hansonun həyatı öz dilindən) adlı hekayədən təsirlənmişdi. Jozef Merilənd bölgəsində geniş bir əraziyə malik tütün plantasiyalarında işləyən kölə idi. 1830-cu ildə yuxarı Kanadaya qaçaraq köləlikdən qurtulmuşdu və burada digər qaçaq kölələrin məskunlaşması və həyatlarını yenidən qurması üçün onlara kömək edirdi. Həmin vaxtda o xatirələrini də qələmə almışdı. Daha sonralar Harriyet əsəri yazarkən Jozefin xatirələrindən təsirləndiyini etiraf etmişdi.  “Tom dayının daxması” romanı məşhurlaşdıqdan sonra Hanson da öz xatirələrini “Tom dayının xatirələri” adıyla yenidən çap etdirmişdi.

  • “Tom dayının daxması” ilk dəfə 5 iyun 1851-ci ildə köləlik əleyhinə olan “The national Era” jurnalında çap olunmağa başlamışdı. Həmin yazıların hissə-hissə 40 sayda çapı planlaşdırılmışdı. Lakin yazıların oxucularda maraq yaratdığını görən Con Cevet müəllifə bu yazıları kitab şəklində çap etməyi təklif etmişdi.  Bundan sonra adı çəkilən roman kitab halında çap olundu.

Cahan Seyidzadə