Tom Kruz kosmosda filmə çəkilir

Məşhur Hollivud aktyoru Tom Kruz, Teslanın rəhbəri Elan Mask və NASA kosmosda çəkiləcək ilk film üçün əməktaşlığa başlayıb.
Epiloq.az-ın BBC-yə verdiyi istinada görə filmin istehsalı üçün hələlik heç bir film şirkəti ilə danışıqlar başlamayıb. Amma NASAnın rəhbəri Bridenstine xəbəri təsdiqləyərək bu möhtəşəm layihənin bəşəriyyətə ilham verəcəyini bildirib. Elan Mask isə xəbərlə bağlı “çox maraqlı olmalıdır” sözlərindən başqa heç bir şərh verməyib.