Tomas Mannın gənc yazıçılara məsləhətləri

Epiloq məşhur alman yazıçısı Tomas Mannın yazıçı sənətini seçən gənclərə məsləhətlərini təqdim edir.

1.Yazıçı olmaq istəyirsənsə, yazmaqdan başqa heç nə barədə düşünmə.

2.Redaktə qabiliyyətinə malik olmaq hələ hər şey demək deyil, yazıçını yazıçı edən  əsas amil onun istedadıdır.

3.Yaxşı yazıçı olmaq üçün çoxlu mütaliə etməlisən. Çünki mütaliəsiz yaradıcılıq köksüz ağaca bənzəyir – gec-tez yıxılacaq.

4.Hansısa bir yazıçının və ya şairin alqokol vasitəsilə ilhamlandığına inanmıram. Bu cür halları peşəkar yaradıcılıqdan uzaq təcrübəsizlik kimi qiymətləndirirəm.  Rahat yuxu,  gəzinti, təmiz hava, az insan, yaxşı kitablar və sakitlik yaradıcı insanı daha çox ilhamlandıra bilər.

5.Sadəcə, yazmaq xatirinə yazmaq düzgün deyil. Bir-birinin ardınca uğursuz əsərlər yazmaq ədəbiyyata xəyanətdir.  Kəmiyyət yox, keyfiyyət önəmlidir.

6.Yaradıcılıq prosesində vaxt çox önəmli nemətdir. Onunla nə qədər diqqətli və ehtiyatlı davransanız, o qədər nəzakətlə istədiklərinizi reallaşdırar.