Ukraynalıların “Meşə nəğməsi” Azərbaycan dilində

Epiloq.az  Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabının tərcüməçisi Salam Sarvanla müsahibəni təqdim edir.




Necə oldu ki, Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabını tərcümə etmək qərarına gəldiniz?

Bu kitabın tərcüməsi  Dövlət Tərcümə Mərkəzinin ən gözəl təşəbbüslərindən biridir. Çünki “Meşə nəğməsi” dünyanın bir çox dilinə tərcümə olunub, məşhur əsərdir. Həm də axı bizim əsas niyyətimiz məhz intellektual yükü olan əsərlərin Azərbaycan oxucusuna təqdim olunmasıdır.

 

Qısaca deyə bilərsinizmi, kitab nədən bəhs edir?

Qısaca desəm, əsər Ukrayna miflərindən, xalq inanclarından söhbət açır.  “Meşə nəğməsi” dram-feeriya kimi yazılsa da, əslində, onu uzun əsrlər boyu ukraynalıların yaşatdığı inanclar barədə ensiklopedik toplu da saymaq olar.

Kitabı tərcümə edərkən hər hansı çətinliklə üzləşdinizmi?

Düzü, tərcümə baxımından çətin əsərdir. Çünki mifik personajların, xalq inanclarının hər birini ayrı-ayrılıqda araşdırmaq lazım gəlirdi.

Bu kitab Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur. Sizcə, ilkin reaksiyalar necə olacaq?

Əvvala, onu deyim ki, əsərdə mükəmməl işlənmiş, təsirli süjet xətti var, ona görə də maraqla, birnəfəsə oxunacaq.  Başqa tərəfdən isə, bu kitab Azərbaycan oxucusunun Ukrayna və ukraynalılar barədə, qədim slavyanların təsəvvürləri barədə bilgilərinin miqyasını xeyli genişləndirəcək.