Uşaqlar üçün ən yaxşı kitablar

Epiloq.az Uşaqlar üçün dünyaca məşhur 10 ən yaxşı kitabı təqdim edir.



1. Balaca şahzadə (Antuan de Sent-Ekzüperi)

“Balaca şahzadə” ilk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.  Bir uşağın gözündən böyüklərin dünyası nəql olunur. Səhra çölünə düşən pilot balaca şahzadə ilə qarşılaşır. Kitabın özü qədər məşhur olan illüstrasiyaları Ekzüperi çəkmişdir.


2. Piter Pen (Ceyms Metyu Barri)

“Piter Pen” əsəri 1904-cü ildə Ceyms Barri tərəfindən qələmə alınıb.  “Piter Pen”i yaratmaqla heç vaxt böyümək istəməyən bu obrazı həyatını 14 yaşında itirən qardaşına həsr edib. Yazıçı (Pen) adını həm də yunan allahı Panın adından götürüb. (Pan təbiət allahıdır.) Piter Penin yarpaqdan olan papağı və fleytası da buradan götürülüb.



3. Vinni Pux (A.Milnin)

Əsər 1926-cı ildə yazıçı Alan Aleksandr Milnin tərəfindən yazılıb və İngiltərədə çap olunub. Ayı balası Vinni obrazı yazıçının oğlu Kristofer Robinin həqiqi oyuncaqlarından birinin adından götürülüb. Milnin kitablarının digər əksər personajları kimi ayı balası Vinni də həqiqi obrazdır. Leytenant Harri Kolborn tərəfindən 1914-cü ildə 20 dollara alınmış bu ayı Birinci Dünya müharibəsi vaxtı İngiltərəyə gətirilib. Tezliklə londonluların sevimlisinə çevrilən sevimli heyvana yazıçının tək övladı Kristofer Robin də biganə qalmayıb.
4 yaşlı Kristofer Robin atasının 1924-cü ildə aldığı ayı oyuncağına elə Vinni adını qoyub.




4. Alisa möcüzələr ölkəsində (Luis Kerrol)

Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə qələmə aldığı bədii əsəridir.
Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında böyük rolu olmuşdur.



5. Qrim qardaşları

“Qrim qardaşları” Vilhelm Qrim və Yakov Qrim tərəfindən qələmə alınmış nağıllar külliyyatıdır. İlk dəfə 1812-ci ildə almanca qələmə alınmışdır. Kitabda dünyaca məşhur nağıllar yer alıb. Kitabın orijinal adı “Uşaq və yuva nağılları”dır. Ancaq bütün dünyada “Qrim qardaşları” adı ilə tanınır. Kitabdakı ən məşhur nağıllar “Rapunzel”, “Zoluşka”, “Çəkməli pişik”, “Yatmış gözəl”, “Qırmızı papaq” uşaqların ən sevimli nağıllarındandır.




6. Çarli və şokolad fabriki (Roald Dal)

Roman ilk dəfə 1964-cü ildə ABŞ-da, 1967-ci ildə isə İngiltərədə çap olunub. Roman əsasında iki film çəkilib.
Çarli şokoladı çox sevir. Ancaq kasıb olduğuna görə ildə bircə dəfə şokolad yeyə bilir. O və ailəsi şəhərin kənarında taxta və köhnə bir evdə yaşayırlar. Onun babası bir zamanlar Villi Vonkanın şokolad fabrikində işləmişdi. Lakin Villi Vonkanın bütün işçiləri işdən çıxarmasının ardından işsiz qalır və bir gün fabrikə qayıdacağına ümid edir.
Bir gün Villi Vonka müsabiqə elan edir. Belə ki, onun fabrikində istehsal olunan milyonlarla şokoladın sadəcə beşində fabrikə gəlməyə icazə verəcək qızıl biletlər olur. Dörd qızıl bilet sahibini tapır. Çarli və babasının bir neçə cəhdi uğursuz alınsa da sonda Çarli yerdən tapdığı pulla aldığı Vonka şokoladından sonuncu bileti tapır və babası ilə fabriki gəzmək şansını əldə edir. Növbəti gün digər dörd uşaq və valideynlə birlikdə fabriki Villi Vonkanın başçılığı ilə gəzirlər. Dörd uşaq dəcəllik edib fabrikdən uzaqlaşdırılır. Sonda Çarli qalır. Vonka ona fabrikin başına keçməsini təklif edir. Çarli isə bunu qəbul etmir…




7. Uzuncorab Peppi (Astrid Lindqren)

İsveçli uşaq yazıçısı Astrid Lindqrenin üç cildlik uşaq hekayəsinin baş qəhrəmanı olan qız obrazıdır.Peppi nadinc, üzündə çilləri olan doqquzyaşlı bir qızdır. Onun qırmızı hörükləri hər iki tərəfdən burularaq yuxarıya baxır. Bundan əlavə, bu qızcığaz özündə bütün uşaqların xasiyyətini cəmləşdirir. Onun öz şəxsi atı var. O ən güclü qız olduğundan öz atını istənilən vaxt əl ilə yuxarıya qaldıra bilir. Peppi valideynlərsiz bir villada yaşayır və istədiyi hər şeyi etməyə qadirdir.
Astrid Lindqrenin bu romanı 50-dən çox dilə tərcümə edilmişdir. 




8. Balaca qara balıq (Səməd Behrəngi)

Siyasi alleqoriya janrında olan “Balaca Qara Balıq” hekayəsində müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Kitab ilk dəfə 1967-ci ildə İmamverdi Samani tərəfindən Azərbaycan türkcəsinə çevrilərək şeir halında yayımlanıb.
Sonradan isə Fərşid Mesghalinin illüstrasiyaları ilə zənginləşdirilmiş kitab 1967-ci ildə farsca çap olunmuşdur.
Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir.
Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: “Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir”.




9. Balaca qadınlar (Luiza Mey Alkot)

“Balaca qadınlar” əsəri 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır.
Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı “Balaca kişilər” və “Conun oğlanları” adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə “Març ailəsi haqqında trilogiya” da adlandırırlar.



10. Qulliverin səyahəti (Conatan Svift)

 Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və sərkərdələr arasındakı oxşarlığı yazmaqla onları ifşa etmişdir. Onları cırtdan liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Gülüş, məzəli və ağıllı Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi liliputlar ölkəsindən başqa nəhənglər ölkəsində, uçan Saputi adasında, ağıllı, düşüncəli atlar diyarında da olmuş, bu ölkənin hər birində C. Svift təsvir etdiyi hadisələr vasitəsilə öz zamanındakı cürbəcür nöqsan və eybəcərliklərin üstünü açmışdır. Liliputlar ölkəsində Qulliver kralı, əyanları, sərkərdələri öz cib yaylığına büküb cibinə qoymuş, onların bir yığın hərb gəmisini bir barmağına doladığı nazik iplə sürüyüb aparmışdır.










Dəniz Pənahova