Vaqif Səmədoğlu: “Bir axşam taksidən…”

Əzəldən söz olub.

Şeir cildində…

İlk insanlar işarələrlə ifadə eləyə bilmədikləri hissləri şeirlərə çeviriblər.

“Çünki dünyada elə sözlər var ki, onları ancaq şeirlə demək olar”

Bir anın içində şeirə çevrilən duyğular başqa məkanlarda, başqa zamanlarda və  başqa ruhlarda  milyon anda yenidən doğulur.

Anlar əbədidir çünki…

Şeirlər kimi…

Epiloq.az-ın “Anın şeiri” layihəsində bu dəfə Vaqif Səmədoğlunun “Bir axşam taksidən…” şeirini təqdim edirik.



Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək

Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək

Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı

Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…