“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

“Xəzər”in oxucuları jurnalın bu sayında:

“Nobel kürsüsü” rubrikasında – Peter Handkenin “Onbirmetrlik zərbədən qorxan qapıçı” romanından parça;

“Azərbaycan ədəbiyyatı” rubrikasında – Rafiq Tağının “Fərqanə” hekayəsi;

“Fransız nəsri” rubrikasında – Jan BrüllerVerkorun hekayələri;

“Alman nəsri” rubrikasında – Ziqfrid Lentsin hekayələri;

“İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə;

“Hekayə” rubrikasında – Süqoro Yamamotonun “Məhəlləmizdən tramvay keçir” və Xose Eduardu Aqualuzanın  “Manqo ağacının kölgəsi” hekayələri;

“Polşa hekayəsi” rubrikasında – Marek Xlaskonun “Pəncərə” hekayəsi;

“Avropa poeziyası” rubrikasında – Salvatore Kvazimodonun şeirləri;

“Yazıçı mətbəxi” rubrikasında – Milan Kunderanın “Roman sənəti” əsəri;

“Yaddaş” rubrikasında – Mişel Hoanqın “Çingiz xan” əsərı;

“Memuar” rubrikasında – Salvador Dali və Valeri İvanov-Taqanskinin  xatirələri;

“Kino” rubrikasında – Sergey Eyzenşteynin “Ekran əsəri və montaj xəttinin əsasları” yazısı;

“Teatr” rubrikasında – Vsevolod Meyerholdun“Teatrın tarixi və texnikası haqqında” yazısı;

“Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – Tuve Yansonun“Gözəgörünməz uşaq” hekayəsi ilə tanış ola biləcəklər.