“Xəzər” jurnalının yeni sayı işıq üzü gördü

“Xəzər”in oxucuları jurnalın bu sayında:

“Nobel kürsüsü” rubrikasında – Migel Asturiasın “Senyor Prezident” romanı; 

 “Azərbaycan ədəbiyyatı” rubrikasında – Eyvaz Əlləzoğlunun “Bığlı Kərəm” hekayəsi;

“Poeziya” rubrikasında – Yuxan Viydinqin şeirləri;

“İlahi keçid” rubrikasında – Tövratın tərcüməsi;

“Hekayə” rubrikasında – Lev Tolstoyun hekayələri;

“İrlandiya şeiri” rubrikasında –  Şeymas Hininin şeirləri;  

“Roman” rubrikasında – Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” (davamı);

“Teatr” rubrikasında – Lola Koenin “Strasberq metodu”;

“Kino” rubrikasında – Mixail Rommun “Özüm, dostlarım və filmlər haqqında”;

“Səhnə” rubrikasında – Frans Teodor Çokorun “Axınla birgə”pyesi;

“Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – İngilis nağılları və digər əsərlər ilə tanış ola biləcəklər.

“Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.