“Xankəndi necə Stepanakert oldu” videoçarxı xarici KİV-də

Bir sıra nüfuzlu dünya xəbər portalları – Türkiyənin “Alternatiftarih”, Misirin “Əl-Vəsilə Nyus”“Asya əl-Yaum”“Nile-Nyus”, İraqın “İraq-Nyus”, Birləşmiş Ərəb Əmirliklərinin “Səda onlayn”, Fələstinin “Bayader”, Küveytin “8-press”, Çinin “Alharir.info”, Ukraynanın “Kievinform”, “Aze.in.ua”, “Islam.in.ua”, Özbəkistanın “Interpress”, “Azkultur”, İsrailin “Aziz Nyus”, İspaniyanın “Turaz.es” saytı Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Xankəndi necə Stepanakert oldu” sənədli videoçarxının yayınına başlayıb.

Sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Xankəndinin qədim tarixindən, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Dağlıq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim şəhəri olan Xankəndində və ətraf ərazilərdə apardıqları məkrli erməniləşdirilmə siyasətindən, yerli əhaliyə qarşı amansız təqib və vəhşiliklərindən bəhs edir.

Keçid linkləri:

https://alternatiftarih.com

http://www.alwasela.com/

https://www.iraqnews-in.com/

https://www.saadaonline.net/

https://www.al-bayader.org/

https://alharir.info/

https://kievinform.com/

https://www.aze.in.ua/

https://islam.in.ua/

https://turaz.es/

http://aziznews.ru/

http://azculture.uz/