Yazıçılardan yazmağa dair məsləhətlər

 Epiloq.az usta yazıçıların gənc yazarlara məsləhətlərini təqdim edir.

Emili üçün qızılgül - Uilyam Folkner
  • Oxu, oxu, oxu! Hər şeyi oxu! Klassikləri, yaxşı və pis yazılmış hər şeyi, onların necə yazıldığını anlamağa çalış. Eynilə ustasını izləyən bir şagird kimi. Oxuduğunu mənimsə, sonra yaz. Yazdığın yaxşı olsa, demək ki, oxuduqlarından nəsə öyrənmisən. Pis olsa pəncərədən tulla getsin!

Uilyam Folkner

Stiven Kinq: xəstəlik və dahilik - Azər QİSMƏT | Edebiyyatqazeti.az
  • Əgər yaxşı yazıçı olmaq istəyirsənsə hər şeydən çox bu iki şeyi etməlisən: Çox oxumaq və çox yazmaq!

Stiven Kinq

Cek London. Qadın qoçaqlığı - HEKAYƏ » Yarpaq.az
  • İlham pərisini gözləmə! Onu çubuqla qovalamaq lazımdır.

Cek London

7 Interesting Facts About Nietzsche | Magazine
  • Yaxşı yazıçı sadəcə özünün deyil, həm də dostlarının ruhunu ələ keçirir.

Fridrix Nitsşe

Xoşbəxt sonluqlar – Marqaret Etvud | SENET.AZ
  • Həqiqətləri yazmağın tək yolu onların heç vaxt oxunmayacağını düşünməkdir. Hətta özünüzün belə oxumayacağınızı düşünmək!

Marqaret Etvud

Mütaliə haqqında... - Gilbert Kit ÇESTERTON - esse | Edebiyyatqazeti.az
  • Uğurlarımı bütün tövsiyyələri diqqətlə dinləyib, daha sonra onların tam tərsini etməyə borcluyam. 

Gilbert Çesterton

İran, Salman Rüşdi'nin başına koyduğu ödülü güncelledi... | soL Haber  Portalı
  •  Gənc yazıçılara sadəcə br məsləhətim var: Başlanğıcda tropik meyvələr olmamalıdır. Nə manqolar, nə quavalar.

Salman Rüşdi

Rey Bredberi. Xəyalətlərin vaxtı (hekayə) » Yarpaq.az
  •  Hər həftə bir qısa hekayə yazın. Bir ildə 52 uğursuz hekayə yazmaq mümkünsüzdür. Aralarında mütləq yaxşısı olacaqdır.

Rey Bredberi

Umberto Eko nəyə nifrət edirdi? - Həyat hekayəti
  • Siz Marsel Prust deyilsiniz. Uzun cümlələr qurmayın. Əgər ağlınıza uzun cümlələr gəlirsə onları yazın, sonra isə bölün.

Umberto Eko

Newsletter: The decades-long battles over John Steinbeck's estate - Los  Angeles Times
  • Bir nəfəsə 400 səhifə yazmaqdansa gündə bir səhifə yazın. Yazmaq teatr tamaşası deyil. Oxucunun varlığını unudun.

Con Steynbek

  

You Can Now Read Five Newly Discovered Kurt Vonnegut Short Stories | Smart  News | Smithsonian Magazine
  • Yazanda sadist olun. Yaratdığınız obrazlar nə qədər yaxşı olursa olsun, onların başlarına qorxunc hadisələr gətirin. Bu zaman oxucu obrazların necə bir insan olduğunu görəcək.

Kurt Vonnequt

Toni Morrison: 9 Essential Books, Works by Nobel Laureate - Rolling Stone
  • Oxumaq istədiyiniz amma hələki yazılmamış kitab varsa, onu siz yazın.

Toni Morrison

Hazırladı: Cahan Seyidzadə, Dəniz Pənahova,