Yazıçıların ruhi xəstəlikləri

Epiloq.az psixoloji  xəstəliklərdən əziyyət çəkmiş yazıçıların siyahısını təqdim edir.



1. Lev Tolstoy

Lev Tolstoyun psixoloji vəziyyəti yaşlandıqca ortaya çıxdı. O, özünü depressiya məngənəsində tapmışdı. İntihar etməyə cəsarəti olmadığı üçün daim özünü tənqid edirdi. “İnsanın bir məqamda özünü öldürmə ehtimalı var, buna görə də özünü öldürə bilər. Silah öldürməyə də yarayır, qorumağa da.” Xatirələrinin birində depressiya və alkoqoldan əziyyət çəkdiyini və mübarizə apardığını etiraf edir. Ömrünün son illərini evindən ayrılaraq tək-tənha keçirİR. O, Astapovo dəmiryol stasiyasında ölü olaraq tapılmışdı.

2. Fyodor Dostoyevski

Dünyaca məşhur rus yazıçısı Dostoyevski epilepsiya xəstəsi idi. Freydə görə Dostoyevski isterik nevrozdan əziyyət çəkirdi. Ömür boyu depressiyadan əziyyət çəkən Dostoyevski həyatına təsir edən qumardan da əl çəkmirdi.
 1881-ci il yanvarın 25-də Dostoyevski ciyər qanaxması ilə yatağa düşür. Üç gün davam edən qanaxmadan sonra əbədiyyətə qovuşur.

3. Fridrix Nitsşe

Dahi alman filosofu Fridrix Nitsşe sifilisə yoluxmuşdu. Xəstəlik irəlilədikcə onun ruhi sağlamlığına da təsir edirdi. Güclü depressiya və intihar meyli ilə yaşayırdı. Sonunda tamamilə əqli tarazlığını itirmişdi. Ona periodik psixoz ilə manik depressiya diaqnozu da qoyulur. Lakin Leonard Sax tibbi sübutları araşdırdıqdan sonra bunun sifilis deyil, sağ tərəfli bir retroorbital beyin membranı şişi (meningioma) olduğu qənaətinə gəlmişdi. 1898-1899-cu illərdə Nitsşe iflic oldu. Nə danışa nə də yeriyə bilirdi. 1900-cü ilin avqust ayının ortalarında sətəlcəm xəstəliyinə tutulduqdan sonra, 24 avqust gecə bir daha insult keçirdi və 25 avqust günorta saatlarında öldü.

4. Ernest Heminquey

Heminquey alkoqolizm və manik depressiya ilə mübarizə aparırdı. Bir çox insan Heminqueyin ailə üzvlərinin intihar və ruhi xəstəlikləri barədə heç nə bilmir. Onun atası, bacısı, qardaşı və nəvəsi də intihar etmişdi. Heminquey dəfələrlə elektroşok müalicəsi alsa da, bu ona qısamüddətli rahatlıq verirdi. Zamanla depressiyası daha da ağırlaşdı və 1961-ci ildə ov tüfəngi ilə intihar etdi. Nəvəsi Mariel Heminquey 2013-cü ildə ruhi xəstəliklərin ailəsinə təsiri barədə “Running from crazy” adlı sənədli film çəkib.

5. Cek London

Tarixin ilk milyoner yazıçısı Cek London bipolyar pozuntudan əziyyət çəkirdi. Hətta dəfələrlə intihara cəht etmişdi. Sakit okeanda qayıqla səyahət etdiyi zaman tropik xəstəliyə yoluxur. Bu xəstəliyi öz ağlına görə müalicə etmək üçün özünün hazırladığı, içində tiryək, heroin, civə və s. kimi kimyəvi maddələrin olduğu qarışığı istifadə edir. Lakin bu, onun böyrəklərini məhv edir. O, çox sağlam adam idi. Ölümü böyük müzakirələrə səbəb olmuşdu. Bir çox köhnə mənbələrdə onun intihar etdiyi yazılmışdır. Cek London 1916-cı il 22 noyabrda evində ölü tapılır. Həyatının son dövrlərində çox ağrı çəkdiyinə görə  morfinin dozasını bilərəkdən artıq qəbul etdiyi güman edilir.

6. Çarlz Dikkens

Bəzi psixoloq və bioqrafların fikrlərinə görə Dikkens bipolyar pozuntudan əziyyət çəkirdi. Yuxusuzluq və ağır depressiya onun yazma qabiliyyətinə təsir edirdi. Yuxusuz qaldığı bəzi günlərdə isə London küçələrini gəzir, roman personajlarının üzərində işləyirdi. O, 1870-ci ildə insultdan vəfat etmişdi.

7. Şarl Bodler

XIX əsr fransız ədəbiyyatının böyük adlarından sayılan Bodler sistemə qarşı çıxdı və bohem həyatına üstünlük verirdi. Yoluxduğu siflis xəstəliyi tədricən ruhi sağlamlığına da təsir göstərdi. Bodler həm də bipolyar pozuntudan əziyyət çəkirdi.


8. Silviya Plat



Silviya qısa həyatı boyunca bipolyar pozuntudan əziyyət çəkərək depressiya dərmanları içmək məcburiyyətində qaldı. 1950-ci ildə təqaüdlə qəbul olduğu “Smit” kollecinin ikinci kursunda ilk intihar cəhdini etdi və ruhi xəstəxanaya yatırıldı. 1955-ci ildə kolleci fərqlənmə diplomu ilə bitirdi.
1963-cü ildə ikinci mərtəbədəki otağında yatan uşaqlarının yanında süd və peçenye qoyduqdan sonra qazın girməyəcəyindən əmin olmaq üçün otağının qapısını yapışqan lentlə bağladı və başını sobaya soxaraq intihar etdi.

9. Virciniya Vulf

Vulf anasının ölümündən sonra 13 yaşında üzə çıxan manik depressiya ilə mübarizə aparırdı. Yazıçı kimi qazandığı uğurlar onun zehni və ruhi ağrılarını azaltmadı. O, son romanını bitirdikdən sonra daha da ağır depressiya yaşadı. 1941-ci ildə İkinci Dünya Müharibəsinin də təsiri ilə ciblərini daşlarla doldurdu və evinin yaxınlığındakı Ouse çayına tərəf getdi. Özünü suya atdı və boğularaq öldü.

10. Emili Dikinson

Emili Dikinsona rəsmi olaraq heç vaxt depressiya diaqnozu qoyulmamışdı. Tarixçilər onun zehni sağlamlığında problemlər olduğunu təxmin edirdi. Tarixçilər arasında onun bipolyar və depressiyadan əziyyət çəkməsi barədə mübahisələr gedirdi. Həkim Kyaqa isə əslində bipolyar (depressive epizodları olan) hipomaniya olduğunu qeyd etmişdi. Həkim Emilinin yaradıcılıqla məşğul olmasını bu xəstəliklərin səbəbindən baş verdiyini qeyd etmişdi. 

11. Ezra Paund

Psixoloji vəziyyəti yaşlandıqca ortaya çıxdı. O, özünü depressiya məngənəsində tapmışdı. İntihar etməyə cəsarəti olmadığı üçün daim özünü tənqid edirdi. “İnsanın bir məqamda özünü öldürmə ehtimalı var, buna görə də özünü öldürə bilər. Silah öldürməyə də yarayır, qorumağa da.” Xatirələrinin birində depressiya və alkoqoldan əziyyət çəkdiyini və mübarizə apardığını etiraf edir. Ömrünün son illərini evindən ayrılaraq tək-tənha keçirİR. O, Astapovo dəmiryol stasiyasında ölü olaraq tapılmışdı.

Dəniz Pənahova